Əbülfəz Məlikovun həbs xəbəri yayıldı

Əbülfəz Məlikovun həbs xəbəri yayıldıUzun müddət, Broker MMC-nin rəhbəri, "broker Əbülfəz” ləqəbli "Monopoliyalar kralı” Əbülfəz Məlikovun barəsində ilginc məlumat almışıq. Belə ki, mötəbər mənbə gömrük sistemində böyük pullar əldə etməsinə baxmayaraq məsuliyyətdən kənarda qalan, hələ də bir sıra malların idxal biznesini inhisarında saxlayan Əbülfəz Məlikovun həbs olunduğunu iddia edir.

Mənbə bildirir ki, Əbülfəz Məlikovun adı "Dərman Mafiyası” işinə görə həbs olunan gömrük generalları ilə birgə çəkilirdi: "Amma həbs nədəni tamam fərqlidir, bu barədə xəbərlər gizli tutulur”.

Yada salaq ki, bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə-DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub.

Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları -Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev ,Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb.

"Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkələrinə dağıdılmaqla əhaliyə satılıb. Rəsmi məlumatdan da məlum olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə bildirib ki, yaxın vaxtlarda gömrüyün borker sistemi ilə bağlı olan və Əbülfəz Məlikova yaxın olan digər şəxslər barəsində də hüquqi addımlar atıla bilər. Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… /Dia.az/

Əbülfəz Məlikovun həbs xəbəri yayıldı

  • 30-07-2018, 17:30
  • 130


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI