ABŞ-da sərnişin təyyarəsi oğurlandı - F-15-lər havaya qalxdı

679 11-08-2018, 11:32 dunya

ABŞ-da sərnişin təyyarəsi oğurlandı - F-15-lər havaya qalxdıABŞ-ın Sietl aeroportunda Alaska Airlines aviaşirkətinin əməkdaşı icazəsiz uçuş həyata keçirib.

Oğurlanan təyyarənin göyərtəsində sərnişin olmayıb. Sərnişin təyyarəsini təqib etmək üçün iki F-15 qırıcısı göndərilib. Lakin bir müddət sonra təyyarə qəzaya düşüb.

Hüquq-mühafizə orqanları insidentin terrorla əlaqəsi olmadığını hesab edirlər.

ABC telekanalı mənbəsinə istinadən məlumat verib ki, təyyarəni oğurlayan aviaşirkətin əməkdaşı enişi həyata keçirmək üçün kifayət qədər biliyə sahib olmayıb. (Qafqazinfo)

XƏBƏR LENTİ