Lavrov Putin və Paşinyan görüşü haqqında

857 3-09-2018, 13:03 dunya

Lavrov Putin və Paşinyan görüşü haqqındaRusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında yaxın vaxtlarda görüşün keçirilməsi planlaşdırılır.

Bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Yaxın vaxtlarda prezident Putinlə Ermənistan baş naziri Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin ölkəsində vəziyyətin inkişafı perspektivlərini necə qiymətləndirməsi bizim üçün çox vacibdir.

Bizim üçün bu vəziyyətdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhdəliklərinin nədən ibarət olması vacib deyil, bizə əsas olan bu öhdəliklərin yerinə yetirilməsidir”, - Lavrov deyib.

Rusiya XİN rəhbəri deyib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə müdaxilə etməyib. (oxu.az)

XƏBƏR LENTİ