Etibar Yolçiyev – elin adamı

1 028 5-11-2018, 11:50 cemiyyet

Etibar Yolçiyev – elin adamıVəzifələr Allah əmanətidir. Bu Həzrəti Peyğəmbərin (s.ə.s) ümmətinə tövsiyyəsidir. Suraxanı rayon İcra hakimiyyəti Başçısının müavini Etibar Yolçiyev bu əmanətə sədaqət rəmzinə çevrilmiş şəxsiyyətlərdəndir. Cənab İlqar Abbasovun müvafiq sərəncamı ilə müavin təyinatından sonra Etibar Yolçiyev ona göstərilən etimadı, xalqın etibarına çevirməyi bacardı. Əsində dövlətin etimadını, xalqın etibarını qazanmaq fasiləsiz zəhmətin, məhsuldar əməyin hesabına başa gəlir. Rayon ərazisində görülən hər bir abadlıq işində Etibar müəllimin əməyi, imzası var. “Mən xalqın adamıyam, millətin xidmətçisiyəm” – deyimini tez-tez xatırladan bu şəxsiyyətin insana, insanlığa xidməti ən yüksək səviyyədədir. Etibar Yolçiyev sadəliyi, səmimiyyəti ilə xalqının məhəbbətini qazanmaqla yanaşı, bağışlamağı da bacarır. “Mən hətta haqqımda yanlış düşünənlərə belə xidmət edirəm” – deyir, Etibar Yolçiyev.
Redaksiyamıza müraciət edən Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənov, Suraxanı rayon icra Hakimiyyəti başçısının müavini Etibar Yolçiyevlə bağlı əməkdaşımıza aşağadakıları dedi:
- Biz İctimai Birlik olaraq, Suraxanı rayonu İcra Hakmiyyəti ilə ilk əməkdaşlığımız ötən ilin yayında oldu. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Suraxanı rayonunda aztəminatlı ailələrin nümayəndələri üçün seminarlar keçirdik. Həmin seminarların təşkilində cənab İ.Abbasovun, E.Yolçiyevin və B.Barxudarovun xüsusi əməyi oldu. Bir deyim var. Müdriklər başqalarının səhvlərindən nəticə çıxararaq səhv etmirlər, dahilərin isə ümumiyyətlə səhvləri olmur. Məndə bir müdət öncə övladımın mənzil tikintisi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti Aparatına rəsmi müraciət etmişdim. Müraciətimə qanuna müvafiq olaraq verilən rədd cavabından əsəbləşərək İcra hakimiyyətinin rəhbərliyi, o cümlədən hörmətli Etibar Yolçiyev haqqında müəyəyn instansiyalara şikayət xarakterli müraciət etmişdim. Lakin sonradan İcra Hakimiyyətinə dəvət olunaraq situatsiya mənə olduqca mədəni və anlaşma şəraitində izah olundu. Sənədlərimin qaydasında olmaması səbrlə diqqətimə çatdırıldı. Mən sözsüz ki, əsəbi şəkildə atdığm addıma görə bu gün peşimanlığımı ifadə edirəm. Lakin bunu sayıtınız vasitəsilədə etiraf etməyi özümə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq borc bilirəm. Sözsüz ki, inanıram hörmətli Etibar müəllim və digər dostlarımızda bu etirafı normal qarşılıyacaqlar.

Xeberdar.net

XƏBƏR LENTİ