Nazirdən qadınların pensiya yaşının artırılmasına qəribə reaksiya:"65 yaşda pensiyaya çıxdıqda, 13 il pensiya ala bilirlər..."

Nazirdən qadınların pensiya yaşının artırılmasına qəribə reaksiya:"65 yaşda pensiyaya çıxdıqda, 13 il pensiya ala bilirlər..."“İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb”.

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də, bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı./modern.az/

Nazirdən qadınların pensiya yaşının artırılmasına qəribə reaksiya:"65 yaşda pensiyaya çıxdıqda, 13 il pensiya ala bilirlər..."

  • 15-11-2018, 11:08
  • 520


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə
  3. Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”
  4. Sabah hava necə olacaq? –Proqnoz
  5. TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"
  6. Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək
  7. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  8. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  9. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  10. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI