Beyləqanda Bələdiyyə sədrini bitirəcək FAKTLAR – Şərq bələdiyyəsi korrupsiya əməlinə görə həbs edilə bilər

Beyləqanda Bələdiyyə sədrini bitirəcək FAKTLAR – Şərq bələdiyyəsi korrupsiya əməlinə görə həbs edilə bilərDəyərli oxucular, hər halda Beyləqan rayon Şərq Bələdiyyəsinin sədri Vaqif Quliyev sədrlik etdiyi qurumun mülkiyyətində olan 489,6 ha torpaqları qanunsuz olaraq, kimə və nə qədər icarəyə verilməsi barədə yazmızı xatırlamamış deyilsiniz. Hətta, həmin yazımızda bələdiyyə sədrinin qanunsuz əməllərini ifşa edən sübutları belə ortaya qoymuşduq.

“RealMedia.az”-ın redaksiyasına şikayət edən Şərq kənd sakinləri – Qənimət Məmmədov, Dildar və İxlas Maxsudovlar, Xalid Nağıyev, Zöhrab Nəsirov bildirirdilər ki, uzun illərdir bələdiyyə torpaqlarından icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə edirlər. Ancaq indilərdə isə sədr onlara göz verib, işıq vermir. Bələdiyyə sədri bir ay əvvəl bağladığı müqaviləri, yenidən təzələmək üçün vətəndaşları bələdiyyəyə dəvət edərək müqavilələri ləğv edərək torpaqlara öz sahib çıxmaq istəyir.

Qüvvədə olan müqavilələrinə vaxtından tez xitam verilməsi isə əkinçilərə ciddi maddi ziyana başa gələcəyindən narahatdırlar. Ona görə ki, icarəçilər Pambıq Zavodu ilə müqavilə bağlayıb pambıq əkiblər, uyğun vergi ödəyirlər. Belə olduğu halda, icarəçilər hazır məhsul verməməklə emalçı müəssisə qarşısında götürdükləri müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəklər.

Şərq kənd sakini Nəsirov bildirirdi ki, 2007-ci ildə bələdiyyə ilə 15 illik müqavilə bağlayaraq 250000 kv/m torpaq sahəsini icarəyə götürüb. Müqavilə bələdiyyənin 24 fevral 2007-ci il tarixli qərarı ilə təsbit olunub. Kadastr kitabında “117” nömrə ilə uçota alınıb. Göründüyü kimi, müqavilənin bitməsinə hələ 4 il var. Ancaq 8 noyabr 2018-ci il tarixdə Nəsirova bələdiyyədən bildiriş gəlib ki, icarə vaxtı bitdiyinə (?) görə yenisinin bağlanılması üçün bələdiyyəyə dəvət olunur. Dildar və İxlas Maqsudovların bələdiyyə ilə 11 aylıq icarə müqavilələri isə yenicə bağlanıb – 20 oktyabr 2018-ci il tarixdə. İcarəçi Dildar Maxsudov hətta 5 noyabr 2018-ci il tarixdə üç aylıq icarə haqqını (250 manat) qabaqcadan ödəyib. Təsəvvür edin, 8 noyabr 2018-ci il tarixdə onlara da eyni məzmunlu bildiriş gəlib.

Bu gün isə adları çəkilən şikayətçilər redaksiyamıza Şərq Bələdiyyə sədrinin qanunsuz əməllərini ifşa edən daha ciddi faktlar təqdim ediblər. Şərq bələdiyyəsinin icarəyə verdiyi torpaqlar haqqında məlumatlardan da görünür ki, Vaqif Quliyev bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin cüzi bir hissəsini müqavilə əsasında icarəyə verib, böyük bir hissəsi heç bir müqavilə bağlanmadan, necə deyərlər çöldən-çölə istifadə olunur. Toplanan pullar isə bələdiyyə büdcəsinə köçürülmür, vergidən gizlədilir.

Şərq bələdiyyəsinin icarəyə verdiyi torpaqlar haqqında məlumatlardan görünür ki, Bələdiyyənin ehtiyat fondu -109.40, Prespektiv inkişaf – 38.80, örüş sahəsi- 339.40 ha təşkil edir. Örüş sahəsindən müqaviləsiz istifadə edən 48 nəfər, prespektiv inkişaf sahəsindən 32 nəfər şəxs icarə müqaviləsi olmadan torpaqlardan istifadə edir. Haşiyə; Prezident İlham Əliyevin 28 oktyabr 2008-ci il № 709-IIIQD qərarına əsasən: “Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” Şikayətçilər bildirirlər ki, Bələdiyyə sədri onlardan torpağın hər hektarına 40-50 manat pul alır. Bəs, həmin “icarə” haqqları hara, hansı hesaba ödənilir?! Bildirilir ki, Şərq Bələdiyyəsinin mülkiyyətinə aid 489,6 ha torpaq sahəsi var, və həmin torpaq sahələri metrə-metr icarəçilərin istifadəsindədir. Həmin sahələrin hektarını 40 manatla hesablasaq, bu da 11 aylıq müqavilə müddətində 19,584 min manat icarə haqqı edir ki, onunda az bir hissəsi bələdiyyə hesabına keçirilir, yerdə qalan hissəsi isə sədr tərəfindən mənimsənildiyi deyilir. Sizcə, bu korrupsiya deyil də, bəs nədir?

Aşağıda təqdim etdiyimiz bələdiyyənin icarəyə verdiyi torpaqlar haqqında məlumatlardan da görəcəksiniz ki, Şərq Bələdiyyəsinin ehtiyyat fonduna aid torpaqdan yalnız altı nəfər şəxs müqavilə əsasında istifadə edir. Qalan hər kəs torpaqlardan müqaviləsiz istifadə edir.

Şikayətçilər haqlı olaraq bildirirlər ki, Şərq Bələdiyyəsində gəlir və məsrəflərin uçotunda şəffaflıq təmin olunmur. Toplanan icarə haqları, torpaq və əmlak vergiləri, eləcə də dotasiyalar necə xərclənir – bilinmir.

Bələdiyyənin ortaya qoyası, gözə dəyən elə bir işi də yoxdur.

Gəlin aşağıda qeyd etdiyimiz Şərq bələdiyyəsinin icarəyə verdiyi torpaqlar haqqında məlumatlarla tanış olar.

Bələdiyyənin ehtiyat fondu – 109,40
Prespektiv inkişaf – 38,80
Örüş sahəsi – 339.40
Örüş sahəsi üzrə

Gülməmmədov Famil – (müqaviləsiz) – 3.0
Xuduyev Xudaverdi – (müqaviləsiz) – 3.0
Nəsrullayev Mürşüd – (müqaviləsiz) – 3.0
Gülməmmədov Famil – (müqaviləsiz) – 4.0
Muradov Elşad – (müqaviləsiz) – 2.0
Şükürov Ələmdar – (müqaviləsiz) – 2.0
İzzətov Asəf – (müqaviləsiz) – 3.50
Rəsulov Elburus – (müqaviləsiz) – 18.0
Nağıyev Təyyar – (müqaviləsiz) – 3.0
Məmmədov Ələkbər – (müqaviləsiz) – 2.0
Mirzəyev Qəzənfər – (müqaviləsiz) – 1.0
Hüseynov Baxış – (müqaviləsiz) – 2.0
Hüseynov Süleyman – (müqaviləsiz) – 2.0
Hacıyev Bəykişi – (müqaviləsiz) – 1.0
Muxratov Nüşrəvan – (müqaviləsiz) – 1.70
Quliyev Nadir – (müqaviləsiz) – 20.0
Nəsirov Zöhrab – (müqaviləsi var) – 25.0
Alışov Nəsir – (müqaviləsi var) – 11.0
Mustafayev Mustafa – (müqaviləsiz) – 3.5
Mikayılov İlham – (müqaviləsiz) – 7.50


Xanlarov Osman – (müqaviləsiz) – 3.0
Şükrov Rza – (müqaviləsiz) – 16.0
Aslanov Nizami – (müqaviləsiz) – 3.0
İmranov Mirhəsın – (müqaviləsiz) – 3.0
Misirxanov Natiq – (müqaviləsiz) – 5.0
Cavadov Əsgər – (müqaviləsiz) – 5.0
Xanlarov Əziz – (müqaviləsiz) – 10.0
Məmmədov Nicat – (müqaviləsiz) – 3.0
Qafarov İlham – (müqaviləsiz) – 3.0
Əliyev Xəqani – (müqaviləsiz) – 3.0
Mehdiyev Həsən – (müqaviləsiz) – 1.60
Əzizov İsmayıl – (müqaviləsiz) – 14.0
Əzizov Əfqan – (müqaviləsiz) – 1.0
Hüseynov Həsən – (müqaviləsiz) – 2.0
Şixəliyev Sehliman – (müqaviləsiz) – 3.0
Mehdiyev Məhəmməd – (müqaviləsi var) – 23.0
Əsədov Famil – (müqaviləsiz) – 4.0
Əliyev Eldar – (müqaviləsi var) – 8.0
Abbasov Qafar – (müqaviləsiz) – 2.5
Şükürov Əli – (müqaviləsiz) – 3.0
Quliyev Hafis – (müqaviləsiz) – 1.80
Əliyev Rəşad – (müqaviləsiz) – 1.0
Əhmədov Nadir – (müqaviləsiz) – 5.0
Fərəcov Qərib – (müqaviləsiz) – 8.0
Quliyev Vaqif – (müqaviləsiz) – 18.0
Nağıyev Aftandil – (müqaviləsiz) – 2.0
Əliyev Sənan – (müqaviləsiz) – 5.0
Xanlarov Zeynalabdin – (müqaviləsiz) – 8.0
Xanlarov Maşallah – (müqaviləsiz) – 6.0
Mehdiyev Əli – (müqaviləsi var) – 20.0
Quliyev Malik – (müqaviləsiz) – 40.0
İsgəndərov Zöhrab – (müqaviləsiz) – 1.0
Nuriyyev Teyyub – (müqaviləsiz) – 0.40
Səfərov İsmayıl – (müqaviləsi var) – 1.50
Cəmi: 349.40

————————————————————————————————–

Bələdiyyənin ehtiyyat fondu



Maxsudov İxləs – (müqaviləsi var) – 40.0
Məmmədov Qənimət – (müqaviləsi var) – 17.0
Səfərov İsmayıl – (müqaviləsi var) – 10.0
İzzətov Rəşad – (müqaviləsi var) – 5.0
Bayramov Elşən – (müqaviləsi var) -30.0
Abbasov İlqar – (müqaviləsi var) – 3.90
Elxan (müqaviləsiz) – 3.5
(Cəmi:109.40

Xeberdar.net)

Beyləqanda Bələdiyyə sədrini bitirəcək FAKTLAR – Şərq bələdiyyəsi korrupsiya əməlinə görə həbs edilə bilər

  • 19-11-2018, 15:05
  • 174


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. “Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı
  5. Nuru Paşanın yavəri...
  6. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  7. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  8. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  9. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  10. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI