Azərbaycanlı biznesmen Toğrul Tağıyev güllələndi –Moskvada (FOTO)

860 22-11-2018, 13:46 kriminal

Azərbaycanlı biznesmen Toğrul Tağıyev güllələndi –Moskvada (FOTO)İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.

Bununla bağlı Ren TV məlumat yayıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb. İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.

Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır. Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir./Oxu.Az/

XƏBƏR LENTİ