Azərbaycanda 19 yaşlı gəncin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI: atasının maşınını qaçırdı və...

714 27-11-2018, 12:44 hadise

Azərbaycanda 19 yaşlı gəncin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI: atasının maşınını qaçırdı və...Kürdəmir rayonunda 19 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Rayonun Xirdapay kəndi ərazisində aşan “KİA Rio” markalı avtomobili idarə edən 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun maşını sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olub.

Belə ki, noyabrın 25-də 19 yaşlı Əli atasına məxsus olan mağazanın qarşısından icazəsiz olaraq "KİA Rio" markalı avtomobili götürərək uzaqlaşıb. O, həmin gecəni evə gəlməyib və ailə üzvləri polisə müraciət edərək Əli Abbasovun maşınla birgə itkin düşdüyünü bildiriblər. Dünən isə gənc oğlan rayon mərkəzinə bitişik olan Xırdapay kəndi ərazisində maşının idarəetməsini itirərək aşırıb. O, su kanalına düşən avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.(publika.az)

XƏBƏR LENTİ