Bakıda avtomobil üç piyadanı vurub – Biri ölüb, ikisi yaralanıb

Bakıda avtomobil üç piyadanı vurub – Biri ölüb, ikisi yaralanıbBakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 28-də saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub. Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdirilib.

Səbail rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bakıda avtomobil üç piyadanı vurub – Biri ölüb, ikisi yaralanıb

  • 29-11-2018, 13:03
  • 248


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI