Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin sonuncu türk deportasiyası haqda bəyanat yayıb

Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin sonuncu türk deportasiyası haqda bəyanat yayıb
Azərbaycan Deportasiya Mərkəzinin İdarə Heyətinin geniş tərkibli iclası keçirilib.
Xeberdar.net məlumat verir ki,iclasda 1988-ci ildə indiki Ermənistandan azərbaycanlıların kütləvi deportasiya edilməsinin 30 ilinin tamam olması haqda müzakirə aparılıb.

Deportasiya Mərkəzi 1988-ci ildə həyata keçirilən deportasiya aktını Azərbaycan xalqına qarşı əsası 200 il əvvəl Çar Rusiyası tərəfindən qoyulan, SSRİ zamanı davam etdirilən anti-türk və anti-islam siyasətinin davamı, əsas məqsədin isə bölgədə ermənilər üçün daha münasib şərait yaratmaq olduğunu vurğulayıb.
Deportasiya Mərkəzi xatırladıb ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən 1997-ci ilin dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə işlər görülməsini nəzərdə tutub.
Deportasiya Mərkəzi bildirir ki, anti-türk siyasətinin davamı olaraq indiki Ermənistan adlandırılan tarixi türk torpaqlarından sonuncu kütləvi deportasiya aktı 1988-ci ilin noyabr-dekabr aylarında həyata keçirilib, nəticədə Ermənistan adlanan ölkədə türklərin tarixi-etnik təmizlənməsi prosesi başa çatdırılıb. Bu zaman Ermənistanın 22 rayonunda və 300 kəndində yaşayan 250 min nəfər azərbaycanlı öz tarixi torpaqlarından qovulub, erməni quldur dəstələrinin vəhşiliyi nəticəsində yüzlərlə azərbaycanlı qətlə yetirilib.
Deportasiya Mərkəzi 1988-ci ilin noyabr-dekabr aylarında baş verən sonuncu deportasiya aktının 30-cu ilində, bu hadisəni pisləyir, Sovet strukturları, kommunist partiyasının rəhbərliyi və hərbçilərinin dəstəyi sayəsində erməni quldur dəstələrinin həyata keçirdiyi bu anti-insani akta beynəlxalq hüquqi qiymət verilməsini tələb edir.
Təşkilat qeyd edir ki, SSRİ-nin süqutu ərəfəsində Qərbi Azərbaycandan 250 min insanın planlı şəkildə və zor gücünə deportasiya edilməsi həm də SSRİ-nin dağılmasından sonra onların indiki Ermənistan adlanan dövlətdən öz müqəddəratını təyin etmə hüququndan mərhum edilməsinə hesablanan siyasi qərar olub.
Deportasiya Mərkəzi təəssüflə qeyd edir ki, Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin 1997-ci il, 18 dekabr fərmanı istisna olmaqla dövlət səviyyəsində başqa fərman və tədbirlər həyata keçirilməyib. O cümlədən Qərbi Azərbaycan ensiklopediyası baş redaksiyası yaradılmayıb, qaçqın düşən soydaşlarımızın iqtisadi və sosial problemlərinə dair məsələlər öz həllini tam tapmayıb.

Xeberdar.net

Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin sonuncu türk deportasiyası haqda bəyanat yayıb

  • 5-12-2018, 15:41
  • 134


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  7. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI