Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdiCəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Bu barədə Axar.az-a daxil olan məlumatı M.Quliyevin yaxınları təsdiqləyiblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

M.Quliyevin bütün həyatı Cəbrayıl rayonu ilə bağlı olub. Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru, Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru olub.

18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə qədər Cəbrayıl RİH-nin başçısı işləyib.

2012-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.

Sabiq icra başçısı vəfat etdi

  • 7-01-2019, 09:56
  • 146


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI