Gəncədə xəstəxana yandı- 1 nəfər tüstüdən zəhərləndi

723 9-01-2019, 12:04 hadise

Gəncədə xəstəxana yandı- 1 nəfər tüstüdən zəhərləndiGəncədə xəstəxana yanıb.

FHN-dən Xeberdar.net-ə verilən məlumata görə, şəhərin Nizami rayonunda xəstəxananın yerləşdiyi ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan, taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın (iki korpusdan ibarətdir) birinci korpusunun 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın tavanı 3 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın döşəməsi 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

XƏBƏR LENTİ