Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞÖlkənin strateji sahəsi olan DİN-in strukturlarından biri – DYP-nin Qeydiyyat və İmtahan şöbələri demək olar ki, ən çox korrupsiyalaşmış dövlət idarələridir. Bu məsələdə öncüllüyü isə paytaxtın “Meyvəli” adlanan ərazisində fəaliyyət göstərən şöbəyə vermək daha məqsədəuyğun olar. Xatırladaq ki, mətbuat Müşfiq Rəhimovun rəhbərlik etdiyi bu şöbədəki qanunazidd hərəkətlərlə bağlı dəfələrlə konkret faktlara əsaslanan araşdırmalar dərc edib. Əfsuslar olsun ki, qanunun keşiyində durmalı olan orqan, KİV haqqında qanunun tələblərini davamlı pozmaqla məşğuldur. DİN-in mətbuat xidməti öz funksiyasını yalnız ölkədə gün ərzində baş verən cinayət hadisələrinin statistikasını verməklə yekunlaşdırır. Lakin bu quruma məxsus strukturlarda baş verənlər haqda qeyd edilən faktlar isə bu günə qədər naməlum səbəblərdən nəzərə alınmır.

Oxucuların diqqətinə çatdıraq ki, Müşfiq Rəhimovun rəhbərlik etdiyi DYP-nin Qeydiyyat İmtahan şöbəsi rəisin müəyyən etdiyi “qaydalara” müvafiq fəaliyyət göstərir. Belə ki, vətəndaşların maraq göstərdikləri nömrələrlə bağlı müraciətlərə standart cavablar verilir: həmin dövlət nömrə nişanlarının tranşı hələ ki, açıq deyil. Bir müddət öncə BakuNews.az-a müraciət edən şikayətçi 99 ZZ 111 nömrə nişanının 99 ZZ 999-a, 44 TT 111 nömrə nişanının 44 TT 999-a qədər olanından hər hansı birinin müvafiq dövlət rüsumunu ödəməklə ona verilməsi ilə bağlı müraciətinə də yuxarıdakı cavabın tam eynisini almışdı. Xatırladaq ki, bu tip dövlət nömrə nişanlarının rəsmi dövlət rüsumu 1500 azn-dir. Lakin...

Lakin vətəndaşın rəsmi müraciətinə Teymur Nəsirovun imzasıyla öncədən müəyyən edilmiş “cavab” məktubu göndərilmişdi. Bundan sonra vətəndaş yenidən məhz Müşfiq Rəhimova 99 ZZ ilə başlayıb 111, 222, 333 rəqəmləri ilə bitən nömrələrin dövlətin müəyyən etdiyi şərtlə ona verilməsini xahiş etmişdi. Bu dəfə isə eyni imza olmasa da, eyni cavab məktubu almışdı: həmin nömrələrin... Gerisi zatən məlum.

BakuNews.az olaraq vətəndaşın ikinci müraciətindən sonra yenidən araşdırmaya başladıq. Və məlum oldu ki, Teymur Nəsirovun imzası ilə vətəndaşa göndərilən cavab məktubunda rəsmi dövlət qurumunun əməkdaşı yalan informasiya yazıb. Araşdırmamız nəticəsində aydınlaşdırdıq ki, 44 TT 044 dövlət nömrə nişanı sumağı rəngli “NİVA” avtomobilinin üzərindədir. Bəs elə isə nədən dövlət görəvlisi yalan informasiya yazır? Həm də dövlətin atributu olan Bayrağın, Gerbin olduğu rəsmi blankda.

Bir müddət öncə məhz həmin QİŞ-də kiçik ölçülü pəncərədə dayanan DYP əməkdaşı olan xanımın hər hansı sənəd ödəmədən avtomobilini qeydiyyata saldıran vətəndaşlardan standart ərizənin yazılması üçün 10 azn məbləğində pul istədiyinin əks edildiyi video yayılmışdı. Hətta vətəndaş həmin məbləğin ödənildiyi təqdirdə ona hansı sənədin veriləcəyini sual etsədə, qısa və konkret cavab almışdı: biz hər hansı bir sənəd vermirik.
Axı dövlət başçısı elektron hökumətin yaradılması, onun inkişaf strategiyası olan elektron ödəmələrin icrası ilə bağlı müvafiq qanunlar və Sərəncamlar imzalayıb. Görəsən Müşfiq Rəhimov nədən ölkə Prezidentinə qarşı gəlir? Və ya müvafiq qurumlar həmin şöbədə vətəndaşlar tərəfindən yazılmalı olan ərizələrlə bağlı araşdırma aparsalar görərlər ki, bir nüsxə belə əl ilə yazılan ərizə yoxdur. Deməli hələ də 10 manatlıq əməliyyat davam edir. Lakin bu dəfə kiçik ölçülü pəncərədən deyil, bağlı qapılar arxasında. Eyni səhnə DYP-nin Xırdalanda yerləşən şöbəsinə də aiddir. Burada da nəinki vətəndaşın ərizə yazması üçün nümunələr, hətta stol, stul belə yoxdur.

Lakin məsələ bununla da bitmir. Etibarlı mənbədən redaksiyaya daxil olan məlumata görə yuxarıda qeyd edilən dövlət nömrə nişanları onu almaq istəyən vətəndaşa nə az, nə də çox düz 20 000 azn-ə başa gəlir Dövlətin müəyyən etdiyindən 13-14 dəfə çox məbləğə. Görəsən həmin nömrələr Müşfiq Rəhimova məxsusdur, yoxsa Azərbaycan Respublikasına. Əgər dövlətə məxsusdursa nədən bəs Müşfiq Rəhimov və onun “kadrları” dövlət müəssisəsini bazar qaydaları ilə idarə edirlər? Və həmin məbləğlərin dövlət rüsumu olan hissəsindən qalan olduqca böyük vəsait hara və yaxud kimə çatır? Nəzərə alsaq ki, bu fakt özlüyündə cinayət faktldlr və AR CM-də kifayət qədər ciddi maddələrlə ittiham nəzərdə tutulur.

Mənbə əlavə olaraq qeyd etdi ki, DYP-nin “Meyvəli” deyilən ərazidə fəaliyyət göstərən QİŞ-də avtomobillərə texniki baxış küçədə həyata keçirilir. Bu işin icraçıları gözlərini müasir avadanlıqlardan daha münasib hesab edirlər. Bəs görəsən dövlət büdcəsindən ayrılan, böyük vəsaitə alınan, məhz bu məqsədlə istifadə edilməli olan avadanlıqlar nə üçündür? Nə üçün Müşfiq Rəhimov “küçə baxışı”nı daha məqbul hesab edir? Hə, doğrudur bazarların kənarlarında da küçə ticarəti hələ də qalmaqdadır. Axı yuxarıda qeyd etmişdik, bu cənab rəhbərlik etdiyi qurumu bazar qanunları ilə idarə edir.
Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

BakuNews.az

Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

  • 31-01-2019, 23:25
  • 122


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI