“Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək” – İcra Hakimiyyəti

“Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək” – İcra HakimiyyətiBərdədə şadlıq evlərindən birinin qarşısında tapılan iki azyaşlı bu gün Gəncədəki uşaq evlərindən birinə veriləcək.

Bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Vahid Qarayev deyib.

Onun sözlərinə görə, azyaşlılar hazırda Bərdə rayon Uşaq Xəstəxanasındadır: “Uşaqlar tam nəzarətdədir. Onların anası məlum olub. Anası heç uşaqların atasını tanımır. Hazırda təşkilati işlər görülür. Azyaşlılar uşaq evinə göndəriləcək. Anası Qazax rayonunun Kəmərli kəndindən olan 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Dediyinə görə, Bərdədə kafe və çayxanalarda işləyib”.

V.Qarayev deyib ki, hazırda azyaşlıların səhhəti normaldır: “Heç bir problemləri yoxdur, uşaqlar tam sağlamdır. Daim nəzarət altında saxlanılır”.

Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

“Bərdədə tapılan azyaşlılar Gəncədəki uşaq evinə veriləcək” – İcra Hakimiyyəti

  • 5-02-2019, 11:13
  • 192


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  3. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şamaxıda yeni kadr dəyişikliyi olub
  10. Şənbə günü üçün hava proqnozu açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI