Polislər kişini yanan evdən xilas etdi - FOTOLAR

Polislər kişini yanan evdən xilas etdi - FOTOLARŞirvan şəhərində yanğın nəticəsində evdə köməksiz vəziyyətdə qalan şəxs polis əməkdaşları tərəfindən xilas edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Şirvan şəhər sakini Zaur Qədirov deyib ki, işdən evə gələndə çox yorğun olub: "Qapını açıb mənzilə daxil olanda ab-havanın ağır olduğunu hiss etdim. Düzü buna o qədər də əhəmiyyət vermədim. Elə çarpayıya uzanan kimi yuxu tutdu məni. Bir də gördüm ki, yoldaşım təlaşla məni oyadır. Evimiz yanırdı.Tüstü demək olar ki, evi bürümüşdü və mən ayılmaqda çətinlik çəkirdim. Bir təhər özümə gəlib həyat yoldaşım və uşaqları çölə çıxarmağı bacardım. Yenidən evə daxil olub qızıldan, puldan nəsə götürmək istədim. Artıq çox gec idi. Həmin otaqın tavanı çökmüşdü. Geri qayıtmağa çətinlik çəkirdim. Yanğın bütün evi öz ağuşuna almışdı. Əllərim, üzüm yanıq xəsarətləri almışdı və bundan sonra nə baş verdiyini xatırlaya bilmirəm. Bir də ayılanda xəstəxanada olduğumu və başımın üstündə iki polis əməkdaşının pıçıltı ilə söhbət etdiyini gördüm”.
Polislər kişini yanan evdən xilas etdi - FOTOLAR
Hadisə baş verən zaman həmin ərazidə xidmət aparan Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları polis leytenantı Toğrul Qanbayev və polis serjantı Tural Şəmmədov Zaur Qədirovun vəziyyətinin ağır olduğunu görüb dərhal ona kömək ediblər. Polis əməkdaşları ilkin tibbi yardım göstərməklə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırıblar. Xilas edilən Zaur Qədirovun anası Elmira Babayeva özü və ailəsi adından hər iki polis əmədaşına təşəkkürünü bildirib. Onun dediyinə görə, əgər polis əməkdaşları vaxtında ona yardım etməsəydilər Zaur yəqin ki, həyatını itirə bilərdi. “ Hamı özünü itirmişdi. Amma polislər dərhal yanan evə yaxınlaşdılar və Zauru oradan çıxararaq kənara gətirdilər. Onlar oğlumu həyata qaytardılar. Bu səbəbdən onlara minnətdaram”.
Polislər kişini yanan evdən xilas etdi - FOTOLAR
Bir insan həyatını xilas edən polis əməkdaşları hadisəni belə xatırlayırlar. “Ərazidə xidmət aparırdıq. Yaxınlıqdakı evlərin birindən tüstü qalxdığının şahidi olduq. Dərhal həmin əraziyə yaxınlaşdıq və gördük ki, ev yanır. Ev sahibi Zaur artıq ailəsini çölə çıxarmışdı, lakin özü huşsuz vəziyyətdə qalmışdı. Alov isə ona tərəf daha da yaxınlaşırdı. Biz o an heç nəyə fikir vermədik, Zaurun həyatını xilas edərək onu təhlükəsiz yerə gətirdik, ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya çatdırdıq”. Hazırda Zaur Qədirov xəstəxanada müalicə alır və vəziyyəti stabil olaraq qalır. Xilaskar polis əməkdaşlarına onu yenidən həyata qaytardıqlarına görə öz dərin təşəkkürünü bildirib.

Polislər kişini yanan evdən xilas etdi - FOTOLAR

  • 13-02-2019, 14:30
  • 207


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  4. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  5. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  6. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  7. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  8. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  9. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
  10. Bakıda 8 nəfər supermarketin mühafizəçisini döyüb
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI