Giya Paçxataşvill: "Borçalıda azərbaycanlılar, Azərbaycanda isə gürcülər Axalkalaki məsələsindən çox əndişələniblər"

710 27-02-2019, 23:00 gundem

Giya Paçxataşvill: "Borçalıda azərbaycanlılar, Azərbaycanda isə gürcülər Axalkalaki məsələsindən çox əndişələniblər"

Hamımıza bəllidir ki, siyasət - səmimiyyətdən və həqiqətdən uzaq olan bir davranış növüdür. Və özlüyündə dövlət əhəmiyyətli protokol çərçivəsində olan sazişlərin imzalanmasını ehtiva edir. Təbii ki, bu səfər də istisna deyil. Siyasi-iqtisadi danışıqlar və imzalanmalar fonunda bəzi suallar təkbətək görüşlərdə və sazişlərdə "gizlənmiş olur". Ona görə də istəsək də, istəməsək də hər iki tərəfə yönəlik suallar meydana çıxır.
Şübhə yoxdur ki, Bakıya yollanan xanım Zurabşvilinin Axalkalakidə bir erməni terroristinə qoyulan heykəldən və bunun doğurduğu rezonansdan xəbəri olmasın. Bu, olduqca ciddi məsələni yoluna qoymayan xanım hansı üzlə Azərbaycana üz tutub?
Giya Paçxataşvill: "Borçalıda azərbaycanlılar, Azərbaycanda isə gürcülər Axalkalaki məsələsindən çox əndişələniblər"
Təbii ki, Axalkalaki olayının Azərbaycanda doğurduğu söz-söhbət ola bilməz ki, cənab İlham Əliyevin qulağına çatmasın. Bu halda sözü gedən səfərə niyə "dobro" verilib? Əslində bu suallara cavab həm Vitse-Prezident Mehriban Əliyevadan, həm də MM-in spikeri Oktay Əsədovdan da tələb olunur.
Xatırlamağa ehtiyac yoxdur ki, Borçalıda azərbaycanlılar, Azərbaycanda isə gürcülər Axalkalaki məsələsindən çox əndişələniblər. Hamıdan çox da mən.
Təfərrüatlara varmadan bilmək istərdim ki, qapı arxasında keçirilən təkbətək görüşdə bu məsələ qabardılıbmı? Qabardılıbsa niyə ictimaiyyətə operativ məlumat verilməyib?
Giya Paçxataşvill: "Borçalıda azərbaycanlılar, Azərbaycanda isə gürcülər Axalkalaki məsələsindən çox əndişələniblər"
İnanıram ki, xanım Zurabşvili Axalkalaki problemi ilə yanaşı həm də Borçalıdakı soydaşların "Gürcüstan qadağasına" aydınlıq gətirəcəkdir. Gətirməsə çətin ki, onun prezidentlik müddəti uzun çəkər. Bir gürcü kökənli Azərbaycan vətəndaşı, tərücüməçi-publisist kimi mən bu suallara hər iki prezidentdən cavab gözləyirəm və öz gözləntilərimdə haqlıyam. Hər halda susqunluq hər iki tərəfə şərəf gətirən deyil.

Giya Paçxataşvilli

XƏBƏR LENTİ