Dövlət Komitəsi Bakıda tikintiyə nəzarəti sərtləşdirib

653 5-03-2019, 19:13 cemiyyet

Dövlət Komitəsi Bakıda tikintiyə nəzarəti sərtləşdiribDövlət Şəhərsalma və Arxitektura Komitəsi 2018-ci ildə yerli icra hakimiyyət orqanları tərəfindən ünvanlanmış Bakı şəhəri üzrə çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının 266 şəhərsalma əsaslandırılması layihələrinə baxaraq, müvafiq irad və təkliflərini bildirib.

ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, bunlardan 61 şəhərsalma əsaslandırılması layihəsi Komitənin sərəncamı ilə təsdiqlənib. Başqa sözlə, Bakıda yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi layihələrin 67 faizi təsdiqlənməyib.

Eyni zamanda hesabat dövrü ərzində Komitəyə tikintiyə icazə, xüsusi nişan və istismara icazə ilə bağlı 161 tikinti obyekti üzrə müraciətlər daxil olub. Bunlardan yalnız 9 tikinti obyektinə tikintiyə icazə və 12 tikinti obyektinə xüsusi nişan verilib.

Hesabatda bildirilir ki, ümumilikdə, 2018-ci ildə respublikanın 6 rayonu və paytaxtın 8 rayonunun inzibati ərazisində tikintisinə icazə verilmiş obyektlər üzrə şəhərsalma sənədləri araşdırılıb. Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinin bu və ya digər dərəcədə pozulması faktları ilə bağlı, habelə Komitəyə daxil olmuş ərizə, şikayət və məlumatlar əsasında ümumilikdə 965 obyekt üzrə 22 icrası məcburi olan göstəriş tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim edilib.

XƏBƏR LENTİ