Moskvada möhtəşəm Novruz tədbiri kecirilir

617 22-03-2019, 09:00 cemiyyet / dunya

Moskvada möhtəşəm Novruz tədbiri kecirilirMartın 22-də Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Novruz bayramı münasibətilə mərasim keçiriləcək.

Tədbirin Təşkilat Komitəsindən verilən bilgiyə görə, təxminən 300 nəfərin dəvət edildiyi bayram son illər Rusiya Federasiyasında Azərbaycan diasporunun keçirdiyi ən böyük mərasim olacaq.

Moskvanın görkəmli məkanlarından birində keçiriləcək bayram tədbirinə Moskva vilayətində və Rusiyanın bir çox regionunda fəaliyyət göstərən Azərbaycan icmalarının təmsilçiləri, Rusiya Federasiyasında çalışan azərbaycanlı elm xadimləri, ictimai fəallar qatılacaq. Dəvətlilər arasında Rusiya Dövlət Dumasının təmsilçiləri, siyasilər, politoloqlar, ölkə ictimaiyyətinin tanınmış isimləri də var.

Təşkilat Komitəsi birlik, bərabərlik bayramı olan Novruzda Azərbaycan mədəniyyətinin daha geniş təbliği məqsədilə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Gürcüstan, Tacikistan dövlətlərinin Rusiya böyükerlçiliklərinin, Rusiyanın federasiya subyektlərindən Çeçenistan, Kabardin-Balkar, Dağıstan, Tatarıstan, Respublikasının Moskva nümayəndəliklərinin təmsilçiləri mərasimə dəvət edib.

XƏBƏR LENTİ