4 milyonluq ev, 50 min dollar pul… –Jurnalistin övladlarına kompensasiya verildi

589 2-04-2019, 14:23 dunya

4 milyonluq ev, 50 min dollar pul… –Jurnalistin övladlarına kompensasiya verildiSəudiyyə Ərəbistanı jurnalist Camal Xaşuqcinin övladlarına kompensasiya verib.

Məlumatı “The Washington Post” yayıb.

Jurnalistin iki oğlu və iki qızı ayrılıqda hər ay 50 min dollar müavinət alacaq. Bundan başqa, onların hər birinə 4 milyon dollaradək qiyməti olan ev verilib.

Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra jurnalistin uşaqlarının hər biri əlavə olaraq 10 milyon dollar ala bilər.

Bildirilib ki, qətldən sonra Qaşıqçının övladları Səudiyyə Ərəbistanını tənqid etməyib.

Krallığın məmurları kompensasiyanın uşaqların susmasına görə verilməsini təkzib ediblər.

“The Washington Post” ABŞ Prezidenti Donald Trampı jurnalistin qətli ilə bağlı məsələyə qətiyyətsizlik göstərməkdə qınayıblar.

Qeyd edək ki, “The Washington Post”un əməkdaşı, Səudiyyə Ərəbistanının vətəndaşı Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. İndiyədək onun meyiti tapılmayıb. Onun qətlini Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təşkil etdiyi bildirilir./report

XƏBƏR LENTİ