ƏRDOĞANDAN İSTANBULDAKI SEÇKİYƏ ETİRAZ –AKP rəsmən şikayət etdi

705 2-04-2019, 14:26 dunya

ƏRDOĞANDAN İSTANBULDAKI SEÇKİYƏ ETİRAZ –AKP rəsmən şikayət etdiTürkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulun bütün rayonlarında seçkinin nəticələrinə etiraz etmək barədə qərar qəbul edib.

Məlumatı “Hürriyet” yayıb.

Bildirilib ki, partiyanın qərarı aprelin 2-də yerli vaxtla saat 15-də (Bakı vaxtı ilə 16-da) İstanbulun 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq/Report.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyələrə seçkilər keçirilib. Rəsmi nəticəyə görə, İstanbulda keçirilən seçkidə AKP-nin namizədi olan AKP-li Binəli Yıldırım CHP-li Əkrəm İmamoğluna məğlub olub.

XƏBƏR LENTİ