Paşinyan məhkəmədə ifadə verib – Fotolar

535 3-04-2019, 15:48 dunya

Paşinyan məhkəmədə ifadə verib – FotolarErmənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib.

“Report” “armtimes”a istinadən xəbər verir ki, onun adı oktyabrın 27-si hadisləri ilə bağlı cinayət işində şahid qismində hallanır.

Bildirilib ki, aprelin 3-də N.Paşinyan lideri olduğu “Çıxış” parlament fraksiyasının üzvləri ilə “oktyabrın 27”si hadisələrinə görə ömürlük azadlıqdan məhrum edilmiş “Monax” ləqəbli Artur Ayvazyan arasında baş vermiş dava-dalaşla bağlı ifadə verib.

Məlumata görə, A.Ayvazyan 2017-ci ilin martın 31-də “Çıxış” blokunun tərəfdarı Ayk Sarkisyana güc tətbiq etməklə ictimai asayişi pozub.

Paşinyan məhkəmədə ifadə verib – Fotolar
Paşinyan məhkəmədə ifadə verib – FotolarPaşinyan məhkəmədə ifadə verib – Fotolar

XƏBƏR LENTİ