Bakıda “Ərəb” ləqəbli narkotacir tutulub – FOTO

Bakıda “Ərəb” ləqəbli narkotacir tutulub – FOTOSəbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvələr dəfələrlə məhkum olunmuş Telman Mirzəyev polislər tərəfindən saxlanılıb. Onun əlində olan bağlamaya baxış keçirilən zaman, narkotik vasitələr olan 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib.T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib. Qeyd edək ki, T.Mirzəyev narkotik vasitələri öz adından yox, “Ərəb” ləqəbindən istifadə edərək satırmış.

Faktla bağlı 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberdar.net

Bakıda “Ərəb” ləqəbli narkotacir tutulub – FOTO

  • 19-04-2019, 14:00
  • 193


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI