Türkiyə yeni silahını ilk dəfə təqdim etdi –"Alka

631 8-05-2019, 15:11 dunya

Türkiyə yeni silahını ilk dəfə təqdim etdi –"AlkaTürkiyənin “Roketsan” şirkəti son dövrlərdə terror hücumlarında tez-tez istifadə olunan partladıcı yüklü hava vasitələri və kustar üsulla düzəldilmiş partlayıcıları zərərsizləşdirmək üçün “Alka” yönləndirilmiş enerji silah sistemini yaradıb.

Şirkət 14-cü Beynəlxalq Müdafiə Sənayesi Forumunda (İDEF 19) yeni silahı ilk dəfə təqdim edib.

“Alka” ilk dəfə təqdim olunan test görüntülərində kustar üsulla düzəldilmiş partlayıcı, təhlüksəzliyi pozan dron, sursat daşıyan dron, casus dron və dron sürüsü hücumları kimi təhdidləri uğurla zərərsizləşdirib.

“Alka” dron, sabit qanadlı model təyyarə kimi terror fəaliyyətlərində istifadə olunan vasitələrə qarşı olduqca təsirli bir sistemdir. Eyni zamanda kustar üsulla düzəldilmiş partlayıcıların uzaqdan zərərsizləşdirilməsini təmin edir. Üzərindəki həssas radar və elektrooptik sistemlərlə birdən artıq hədəfin eyni anda təqibini həyata keçirir və məhv edə bilir. Hazırda “Roketsan”ın müəssisələrindən birini bu sistem dron hücumlarından qoruyur”, – “Roketsan” rəsmisi Uğur Kayasal deyib. /Axar.az

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

XƏBƏR LENTİ