“Monastırı ziyarətlə bağlı heç bir problem yoxdur” – Baş keşiş

645 9-05-2019, 15:01 cemiyyet

“Monastırı ziyarətlə bağlı heç bir problem yoxdur” – Baş keşiş“David Qareci” monastırını ziyarət etmək istəyənlər heç bir maneə ilə üzləşmirlər. “Çixituri” monastırı da açıqdır. İstənilən şəxs oranı ziyarət edə bilir”.

ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, “David Qareci” kompleksinin baş keşişi Kirian Oniani “İnterpresnyus”-a açıqlamasında belə deyib. Bildirib ki, ərazidə sərhəd keşikçilərinin sayı da azaldılıb.

“Azərbaycan tərəfi sərhəd keşikçilərinin sayını 6-ya endirib. Bizdə də 6-8 keşikçi var. Ərazidə vəziyyət stabildir. Bununla belə məsələnin həlli vacib olaraq qalır. Problem həll olunmayıb. İndi dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir”, – deyə baş keşiş deyib.

XƏBƏR LENTİ