“Qafqazda rus kabusu dolaşır” – XƏBƏRDARLIQ!

622 29-06-2019, 12:20 cemiyyet

Cümşüd Nuriyev: “Dünən olduğu kimi, bu gün də “atan kazaklardır!”
“Qafqazda rus kabusu dolaşır” – XƏBƏRDARLIQ!
Son vaxtlar təmas xəttində erməni təxribatlarının artması müşahidə edilməkdədir.

Bəs atəşkəs rejiminin mütəmadi surətdə pozulmasında rus faktoru mövcuddurmu? Atəşkəsin tez-tez pozulması, erməni təxribatlarının artması Rusiyanın regionla bağlı maraqlarına cavab verirmi?

Moderator.az-a açıqlama verən siyasi elmlər dokoru, politoloq Cümşüd Nuriyev Rusiyanın hər zaman olduğu kimi bu gün də region dövlətləri üçün ciddi təhlükə mənbəyi olduğuna diqqət çəkdi:

“Hazırda Qafqazda bir kabus dolaşır. Bu kabus isə rus kabusudur. Rusiya Moldovadan sonra Qafqaz məsələsini üç respublika ilə birlikdə həll etmək istəyir. Artıq Gürcüstan qarışıb. Ermənistan isə istənilən vaxt qarışmağa hazırdır. Çünki əvvəldən də burada Paşinyanın iki stulda oturması Ermənistan üçün problem yaradırdı. Burada ən stabil ölkə Azərbaycandır. Azərbaycanda da bir növ vəziyyəti gərginləşdirməyə çalışırlar. Məqsəd Azərbaycanın əli ilə Ermənistana dərs verməkdir. Ermənistanın əli ilə Azərbaycana dərs verməyə gərək duyulmur. Azərbaycan balaslaşdırılmış xarici siyasət yürütdüyünə görə, Rusiya Azərbaycanın xarici siyasətində ciddi bir qüsur tapa bilmir. Bununla yanaşı, Azərbaycan kifayət qədər müstəqil siyasət yürütdür. Bunun qarşısını almaq üçün qabaqlayıcı addım kimi son 100 ildə olduğu kimi bu gün də Ermənistandan yararlanmağa çalışırlar.

Təbii ki, atəşkəsin pozulması Azərbaycan üçün o qədər də sərfəli deyil. Eyni zamanda, bu, Ermənistan üçün də sərfəli deyil. Cəfər Cababrlının “1905-ci ildə” əsərində “atan kazaklardır” ifadəsi yer alıb. Bu gün də atəşkəsi pozan Rusiyanın xüsusi kəşfiyyatına xidmət edən qüvvələrdir. Atəşkəs onların təkidi ilə pozulur. Lakin bütün hallarda, ölkəmizdə stabilliyin pozulması ciddi problemlərə səbəb ola bilər. Odur ki, istər media, istərsə də digər qurumlar kifayət qədər ehtiyatlı davranmalı, ölçülü-biçili danışmalıdır. Əks təqdirdə, bizim düşüncəsiz danışığımız Azərbaycan dövlətinə ziyan vrua bilər”.

Seymur ƏLİYEV

XƏBƏR LENTİ