Dələduzluğa görə həbsdə olan direktorun daha bir məhkəməsi başlayır

Dələduzluğa görə həbsdə olan direktorun daha bir məhkəməsi başlayır“Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru, dələduzluqda təqsirləndirilən Telman Səlimovun barəsində olan daha bir cinayət işinin istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, T.Səlimov Leyla Tağıyeva və Şakir Hüseynova qarşı külli miqdarda dələduzluqda ittiham edilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. İttiham aktına əsasən, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. T.Səlimov həmin binada mənzil sataraq dələduzluq edib.

Xatırladaq ki, T.Səlimov əvvəllər də bir neçə dəfə dələduzluğa görə məhkum olunub. Son olaraq 2018-ci lin dekabr ayında 11 il müddətinə azadlıqdan məhrum edilib.

Dələduzluğa görə həbsdə olan direktorun daha bir məhkəməsi başlayır

  • 8-07-2019, 11:00
  • 75


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI