GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ QANUNSUZLUQ PİK HƏDDƏ ÇATIB.

979 31-07-2019, 14:20 bolge / gundem

GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ  QANUNSUZLUQ PİK HƏDDƏ  ÇATIB.

Son illər rayonda baş alıb gedən məmur özbaşınalığı, cəzasızlıq, mənəm mənənmlik, əhaliyə qarşı soyğuçu hərəkətlər o həddə gəlib çatıb ki, heç bilmirəm hardan başlayım. Rayon rəhbərliyindəbaş verən hərc-mərclik o səviyyədədir ki, Göyçay rayon icra hakimiyyətinin tabeliyində olan Göyçay "Sanitar-Təmizlik" İdarəsinin (KomXoz) müdiri Loğman Əliyev rayonun icra başçısı Mehdi Səlimzadəni yumşaq desək say saymır. Belə ki, ənənəvi olaraq hər həftənin çərşənbə axşamı (2-ci gün) rayon icra hakimiyyətinin başçısının vətəndaşlarla qəbul günü keçirilir. Bu qəbula da vətəndaşların şikayətlərini yerində həll etmək məqsədi ilə (o da həll edilsə, quru və boş vədlər verilir) rayonda fəaliyyət göstərən idarə-təşkilat rəhbərləri dəvət olunur. Belə qəbullardan biri də 23 iyun 2019-cu il tarixdə keçirilmiş və kamxozun müdiri Loğman Əliyev qəbula dəvət edilmişdir. Elə qəbuldaca icra başçısı Mehdi Səlimzadə Loğman Əliyevin işdən azda olunması barədə sərəncam imzalamışdır. Şəhərdə gəzən söz-söhbətlərdə danışılır ki, icra başçısının sərəncamını saya saymayan Loğman Əliyev idarəni təhvil verməkdən imtina etmiş və rayonun icra başçısı Mehdi Səlimzadəni ondan rüşvət tələb etməkdə kəskin ittiham etmişdir. Deyilənə görə başçı Loğman Əliyevdən barama pripiskası məqsədi ilə 30.000 manat pul tələb etmiş, o da öz növbəsində icra başçısı ilə mübahisə etdiyindən başçının qəzəbinə tuş gəlmişdir. Nəhayət bu gün, 24 iyul 2019-cu il tarixdə səhər saatlarında Loğman Əliyevdən idarəni təhvil almaq mümkün olmuşdur. Bu gün səhər saatlarında rayonun asayiş keşikçiləri səs-küyvə təxribat, şantaj hərəkətləri olmasın deyə Göyçay "Sanitar-Təmizlik" İdarəsinin qarşısında sakitlik tədbirləri həyata keçirirdilər. Belə ki, Loğman Əliyevin bir neçə işçisi səs-küy salıb polis əməkdaşlarını və rayon rəhbərliyini ittiham etmək istəkləri də polisin son dərəcə təmkinli davranması və səbrlə səs-küy salmaq istəyənləri dinləməsi sayəsində nəticəsiz qaldı.
Adamı ilk öncə düşündürən belə bir sual çıxır ortaya: Loğman Əliyevin rayonun icra başçısı ilə bu qədər aqressiv davranmasına səbəb nədir??? İlk öncə deməliyik ki, Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin kobud kadır siyasətinin nəticəsidir. Belə ki, hələ Mehdi Səlimzadə Göyçay rayonuna icra hakimiyyətinin başçısı təyin edildiyi ilk illərdə Loğman Əliyevə qanunsuz və hüdudsuz səlahiyyətlər vermişdi. Yəni, Loğman Əliyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin işinə nəzarət etmək, onların işini istiqamətləndirmək, hətta rəhbər kadırlarla təhqiramiz və kobud rəftar etmək səlahiyyətinə malik idi. Məişət tullantılarlnln yığılması, daşınması və zərsizləşdirilməsi haqqında Tarif Şurasının 2011-ci il tarixli qərarı ilə fiziki şəxslərdən hər ay üçün adam başına 30 qəpik olduğu halda Loğman Əliyev hər evdən ucdantutma aylıq 3 manat pul yığırdı. Ona əhali tərəfindən dəfələrlə etiraz olsa da əcəb edirəm deyib, həmin küçənin və ya binanın zibilini həftələrlə götüzdürmürdü. Həmin yığılan pullar kimin cibinə axırsa ondan heç kəsin xəbəri yoxdur.
Ümumiyyətlə Mehdi Səlimzadənin Göyçay rayonuna rəhbər təyin olunduğu vaxtdan keçən 3 ildən artıq bir müddətdə rayonda əhalinin yığılıb qalan taleyüklü problemləri nəyin ki, azalmadı, əksinə daha da dərinləşdi. M.Səlimzadə icra başçısı təyin olunduqdan sonra özünün yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməklə kadrların seçilməsi və təyin edilməsində qohumbazlığın əsasını qoymuş oldu. Rayonda gəzən söhbətlərə görə Mehdi Səlimzadənin bu əziz xələf qohumları başçıya külli miqdarda pul atdığına görə onlar vəzifədən uzaqlaşdırılıb. Rayonun Bərgüşad yolunun 4 kilometr hissəsi 3 ildir ki, qazılıb asfaltı yararsəz vəziyyətə salınsa da bu günədək təmir edilməmiş qalır. Rayonda yaşı 100-150-ni keçmiş iri gövdəli çinar ağacları sakinlər üçün göydən (quru çinarlar budaqları) gələn ölüm təhlükəsi olsa da baxan yoxdur. Rayonda isti yay günlərində sakinlər su deyib dad edir, bir nəfər də olsun rəhbərlikdən bu məsələni həll edən tapılmır. Qanunsuz yazılan qaz, işıq, su cərimələrindən bezən sadə vətəndaçlar öz narazılıq və iradlarını dövlət başçısına ünvanlayırlar. Vəziyyət o həddə çatıb ki, sakinlər ən xırda problemlərinin həlli üçün mərkəzi rəhbərliyə, Prezidentə, Nazirlik və Komitə rəhbərlərinə məktub yazıb problemlərinin həll edilməsini xahiş edirlər. Əgər rayon sakinləri ən sadə problemlərinin həlli üçün dövlətin yuxarı rəhbərliyinə müraciət edərək ordan kömək umacaqdılarsa, onda yerli icra aparatı nəyə lazımdır və kimə xidmət edir?? Rayonda o qədər problemlər yığılıb qalıb ki, bir məqalədə yerləşdirmək mümkünsüzdür. Növbəti məqaləmizdə Göyçay rayon icra hakimiyyətinin Göyçay şəhər icra nümayəndəsinin və Göyçay şəhər bələdiyyəsinin yarıtmaz fəaliyyətini işıqlandıracağıq. Bizi izləyin. Aşağıdakı fotolarda görünən bu üfunət və xəstəlik mənbəyi olan zibillik şəhərin Atatürk küçəsində yerləşən 10 saylı binanın və onunla yanaşı binanın həyətindəki vəziyyətdir.

İlqar Məhərrəmli

Xeberdar.net

GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ  QANUNSUZLUQ PİK HƏDDƏ  ÇATIB.
GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ  QANUNSUZLUQ PİK HƏDDƏ  ÇATIB.
GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ  QANUNSUZLUQ PİK HƏDDƏ  ÇATIB.
GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ  QANUNSUZLUQ PİK HƏDDƏ  ÇATIB.
GÖYÇAYDA ÖZBAŞINALIQ VƏ  QANUNSUZLUQ PİK HƏDDƏ  ÇATIB.

XƏBƏR LENTİ