CAHANGİR VƏ ZAMİRƏ HACIYEVLƏRİN ÇİRKLİ PULLARI –"Bloomberg"-in araşdırması

CAHANGİR VƏ ZAMİRƏ HACIYEVLƏRİN ÇİRKLİ PULLARI –"Bloomberg"-in araşdırmasıEdvard Robinson, Gevin Finç

“Bloomberg”, 30.07.2019

İşarələr orada idi. Azərbaycanın ən böyük bankının sədri Cahangir Hacıyev və arvadı Zamirə çirkli pullarla yaşayırdılar.

2003-2015 illər arasında cütlük İngiltərədə böyük sərvət xərcləyib. Onlar Londonun dəbdəbəli rayonu olan Naytsbricdə bir mülk üçün 11.5 milyon funt (14.3 milyon dollar) və Askotun yaxınlığındakı bir golf meydançası, məşhur klub və yarış atlarına 10.5 milyon funt sterlinq xərcləyiblər. 42.5 milyon dollara yeni “Gulfstream” təyyarəsi alıblar.

Bu arada, 35 kredit kartına sahibi olan Zamirə Harrodsda bədxərclik edib. Təkcə bir həftədə zərgərlik, dizayner geyimləri və digər mallar üçün mağazalarda təxminən 725.000 funt sterlinqi göyə sovurub.

Halbuki 2008-ci ildə Hacıyevin dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankında illik əmək haqqısı 70.650 dollar idi və arvadı heç bir qazanc əldə etmirdi. Buna baxmayaraq, xərcləmələri ilə gəlirləri arasındakı boşluq, ehtimal ki, vasitəçilərin – hüquqşünaslar, mühasiblər, investisiya məsləhətçiləri və digər mütəxəssislərin – cütlüyə sərvətlərini İngiltərədəki offşor şirkətlər şəbəkəsindən aktivlərə yönəltmələrinə mane olmurdu. Məhkəmə və korporativ sənədlər bunu isbatlayıb.

Vasitəçilərin arasında “Trident Trust” və “Werner Capital” şirkətləri də var. Britaniya Cinayət üzrə Milli Agentliyinin (NCA) məlumatlarına görə, həmin şirkətlər cütlüyün maliyyə işlərində yardımçı olub: Normand adalarında hüquqi şəxslər yaradıblar ki, qolf klubu satın alınması və Hacıyevlərin maskalanmış mülkiyyətininə gizlədilməsi mümükün olsun. Bu, London məhkəməsində “pul yuyulmasının göstəricisi” kimi səciyyələndirilib.
CAHANGİR VƏ ZAMİRƏ HACIYEVLƏRİN ÇİRKLİ PULLARI –"Bloomberg"-in araşdırması
Hacıyevlərin Londonda aldığı 14 milyon dollarlıq ev

Fotoqraf: Saymon Douson / Bloomberg


Londonda yerləşən “Werner Capital” ultra zənginlərə xidmət edən hibrid investisiya firmalardan biridir, çünki ciddi qaydalar bankları yüksək riskli müştəriləri özündən qovmağa vadar edir.

“Deutsche Bank AG” və “HSBC Holdings Plc”-nin sabiq icraçı direktoru Tomas Mateos Verner tərəfindən 2008-ci ildə qurulan, “siyasi çevriliş, qnunvericilikdə dəyişiklik və ya əsassız iddialar”ın mövcud olduğu ölkələrdə müştərilərinə aktivlərini qorumaq üçün “mürəkkəb, sərhədsiz korporativ idarəetmə quruluşları” qurmaqda ustalıq göstərmiş bir veb-saytı var. O, bir çox digər xidmətlər də təklif edib: ailələrə ev almaq, yaşayış vizalarının verilməsi və uşaqların ən yaxşı İngiltərə məktəblərinə qəbulu.

“Transparency International”-ın Böyük Britaniya üzrə baş elmi işçisi Ben Koudok deyib: “Bu, varlılar üçün İsveçrə ordusunun bıçağı kimi bir şeydir. O hər işə yarayır”.

İndi “Werner Capital” və digər peşəkar köməkçilər NCA-nın Zamirə Hacıyevaya qarşı əsaslandırılmış işi çərçivəsində nəzarət altına alınıb. Yeni qanununvericilik müddəlarına əsasən, o, ailəsinin var-dövlətinin mənşəyini açıqlamalıdır. Prokurorlar şübhələnirlər ki, Hacıyevanın Azərbaycanda bankı talan etdiyi üçün 15 illik həbs cəzası çəkən əri həmin pulu qeyri-qanuni yollarla əldə edib. Azərbaycan səlahiyyətliləri Zamirəni fırıldaqçılıq ittihamı ilə yenidən Bakıya qaytarmağa çalışırlar.

NCA-nın mülki iddiası şübhəli sərvətin İngiltərəyə gəlişi yolları üzərindəki pərdəni çəkir.

Britaniya uzun müddət oliqarxlar və müstəbidlərin sayılmaz sərvətlərini yerləşdirmək üçün cazibədar yer olub. Artıq eyri-qanuni maliyyəni dayandırmağa yönəlmiş səylər var. Səlahiyyətlilər daha çox şəffaflığa ehtiyac duyur, Britaniyadakı şirkətlərdən həqiqi sahiblərin açıqlamalarını tələb edirlər. Vəkil, mühasib və digər köməkçilərin vicdansız müştərilərə yardımını dayandırmağa çalışırlar.

İqtisadi Cinayətlər Milli Mərkəzində çirkli pulların yuyulmasına qarşı mübarizə aparan şöbənin rəhbəri Reyçel Herbert deyib: “Peşəkar vasitəçilər öz təcrübələri ilə cinayətləri getdikcə asanlaşdırır. Bu cinayətlər genişmiqyaslı, mürəkkəb və beynəlxalq xarakter daşıyır və biz bu məsələdə çıxış yolu axtarırırq. Bacardığımız qədər Britaniyanda cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması üçün arzuolunmaz bir mühit yaratmalıyıq və bu, bütün müəssisələrə və bu işlərdə imkan verən funksiyalara nəzər yetirilməsi deməkdir”.

Məsləhət təklif edən və aktivləri idarə edən Britaniyadakı investisiya firmalarının fəaliyyəti, adətən, Maliyyə Davranış İdarəsi (FCA) tərəfindən tənzimlənir. Cinayətkarlara bilə-bilə xidmət göstərməmələri üçün onlar pul yığma qaydalarına riayət etməlidirlər. Bu qayadalara, xüsusən də korrupsiya rekordu olan ölkələrdə siyasi mövqe tutan müştərilər üçün “inkişaf etdirilmiş araşdırma” daxildir.

Hacıyevləri müştəri kimi qəbul etməzdən əvvəl “Werner Capital” və ya “Trident Trust” nə etdiyi bilinmir. Tomas Verner, məxfiliyə əsaslanaraq, firmasının cütlüklə münasibətləri barədə şərh verməkdən imtina edib. “Bloomberg News”-a göndərdiyi məktublarda o, firmasına heç vaxt FCA tərəfindən nəzarət edilmədiyini və NCA-nın qolf meydançası üçün korporativ quruluşun çirkli pulları yuyması iddiasının əsassız olduğunu bildirib. “O, yüksək səviyyəli bir ingilis hüquq firmasının məsləhətinə əsasən qurulub və bildiyimiz qədər, çirkli pulların yuyulması ilə heç bir əlaqəsi olmayıb”.

“Trident Trust”-ın London və Gernsidəki ofislərinin rəhbərləri müsahibə istəklərinə cavab verməyib. Firmalar səhv hərəkətlərdə ittiham olunmur.

Zamirəyə gəlincə, vəkilləri bu məsələ ilə bağlı fikir bildirmirlər. Lakin ötən il məhkəməyə verilən ərizədə xanım Hacıyeva bildirib ki, Azərbaycan hökumətinin ona qarşı irəli sürdüyü ittihamlar saxtadır. O, ərinin sərvətini qanuni yığdığını və ta 1990-cı illərin əvvəllərindən bəri “yaxşı təminatlı” olduğunu söyləyib. Zamirə öz açıqlamasında deyib: “Ərim bankın əhəmiyyətli bir səhm portfelinə sahib idi və həmişə bankın bu qədər yaxşı işləməsindən qürur duyurdu”.

ardı var

Tərcümə: Strateq.az

CAHANGİR VƏ ZAMİRƏ HACIYEVLƏRİN ÇİRKLİ PULLARI –"Bloomberg"-in araşdırması

  • 1-08-2019, 13:48
  • 147


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI