ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir

ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyirABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə 55 il həbsə məhkum edilməsini pisləyib.

Həmin qadınların ikisi ana-baladır.

“İran rejiminin Yasaman Aryani, Monireh Arabşahi və Mojgan Keşavarzı sadəcə, qızılgül paylamaqla məcburi hicab qanunlarına etiraz etdikləri üçün 55 illik həbsə məhkum etməsini pisləyirik”, – departamentin sözçüsü Morqan Ortaqus avqustun 14-də tvitində yazıb. O, “bütün ölkələri bu kobud pozuntunu pisləməyə” çağırıb.

Son iki ildə İranda onlarla qadın məcburi geyim kodeksinə etiraza görə həbs olunub, Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib.

Nyu Yorkda mənzillənən insan haqları qurumunun bildirməsinə görə, 23 yaşlı Aryani, onun anası Arabşahi və 9 yaşlı qız anası Keşavarz apreldə Tehranda saxlanıblar və ötən ay məhkum ediliblər.

Onların həbsindən öncə sosial mediada yayılmış videoda üç qadının 8 mart Beynəlxalq qadınlar günündə, baş örtüyü olmadan metroda qadınlara gül payladığı görünür.

“Gün gələcək, biz təməl hüquqlarımız uğrunda mübarizə aparmalı olmayacağıq”, – Arabşahi bu sözləri dediyi eşidilir.

İyulun 31-də Tehranda bir məhkəmə qadınlardan hər birini “dövlətin təhlükəsizliyinə qarşı birləşməyə” görə 5 il, “dövlətə qarşı təbliğata” görə bir il, “əxlaqi korrupsiya və fahişəliyi həvəsləndirməyə” görə 10 illik həbsə məhkum edib.

Keşavarz bundan başqa “müqəddəsləri təhqir etdiyinə” görə 7 il yarım həbsə məhkum olunub.

HRW bildirir ki, apelyasiya instansiyası hökmləri qüvvədə saxlasa, qadınlar 10 illik maksimum cəzanı çəkəcəklər.

1979-cu il islam inqilabından bəri İranda qadınların geyimində qadağalar tətbiq olunub. Geyim kodeksinə görə, qadınlar ictimai yerlərdə saç və bədənlərini örtməlidirlər. (azadliq.org)

ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir

  • 15-08-2019, 14:10
  • 56


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI