Atambayevin əmlakına və hesablarına həbs qoyulub –Keçmiş prezident ömürlük həbs cəzasına məhkum oluna bilər

Atambayevin əmlakına və hesablarına həbs qoyulub –Keçmiş prezident ömürlük həbs cəzasına məhkum oluna bilərQırğızıstanda sabiq prezidenti Almazbek Atambayevin əmlakına və bütün hesablarına həbs qoyulub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə respublika baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb. “Almazbek Atambayevlə bağlı 12 cinayət işinin təhqiqatı çərçivəsində onun əmlakına, qiymətli kağızlarına, səhmlərinə, Qırğız Respublikasının banklarındakı bütün hesablaşma hesablarına həbs qoyulub”, – deyə mətbuat xidmətindən bildiriblər.

Prokurorluğun məlumatına görə, həbs, həmçinin sabiq prezidentin həyat yoldaşı Raisa Atambayevaya məxsus bütün əmlaka, onunla əlaqəli kompaniyaların əmlakına da qoyulub. Bu kompaniyalar sırasında “Kırqızavtomaş”, “Aprel” telekanalı, “Meiaform” ASC və başqaları var.

Qırğızıstanın sabiq dövlət başçısı bir sıra ağır və xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, kütləvi iğtişaşların təşkilində, korrupsiyada şübhəli bilinir.

Xatırladaq ki, toxunulmazlıq hüququndan məhrum edilən sabiq prezident Almazbek Atambayevin tutulması üzrə əməliyyat avqustun 7-də başlayıb. Onun Koy-Taş kəndindəki tərəfdarları hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstəriblər. Əməliyyatın gedişində bir xüsusi təyinatlı döyüşçü həlak olub, 80 nəfər yaralanıb.

Əgər məhkəmə Atambayevi qeyd olunan cinayətlərdə təqsirkar hesab etsə, o, ömürlük həbs cəzasına məhkum oluna bilər.

Atambayevin əmlakına və hesablarına həbs qoyulub –Keçmiş prezident ömürlük həbs cəzasına məhkum oluna bilər

  • 16-08-2019, 17:15
  • 121


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI