"İntihar və Səbəbləri"

"İntihar və Səbəbləri"

Az qala hər gün səhəri bir intihar xəbəri ilə açırıq. İntihar edənlər arasında isə bütün təbəqələrdən olan insanlar var: - Uşaq-böyük, varlı-kasıb, təhsilli-təhsilsiz, bir sözlə, bütün təbəqələrdən olan insanlar bu faciədə yer alır.
Statisikaya görə, son vaxtlar intihar sayında real artım var. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 800 mindən çox insan intihara cəhd edir. Avtomobil qəzalarında dünyasını dəyişənlər hələ bu statistikaya daxil deyil. Bu qəzalarda ölənlərin bir hissəsi də intihar edənlərdir. Statistika göstərir ki, intihar halları əlillər, ruhi xəstələr, alkoqolizmdən əziyyət çəkənlər və narkomanlar arasında daha çox yayılmaqdadır. Ancaq əsl dəhşət bu hala uşaqlar içərisində də təsadüf edilməsidir. Yəqin ki, Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinin özünü 3-cü mərtəbədən atma xəbəri hamıya məlumdur. Yaxud da bu yaxınlarda sosial şəbəkələrdə Zaqatala rayonunda nişanından bir gün əvvəl 17 yaşlı Gülər İsmayilovanın son paylaşımı yayılmışdı. Bu halların artmasının birinci səbəbi başa düşülmür. 17 yaşlı qızın acısını valideynləri anlaya bilsəydi, hər şey başqa cür ola bilərdi. Eləcə də iyulun 17-də Bakı şəhəri, Yasamal rayonunda yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyevanın özünə qəsd etməsi, son zamanlar yeniyetmələr və gənclər arasında intihar hallarının artmasının daha bir göstəricisidir.

Belə hadisələrin qarşısını almaq məqsədi ilə müxtəlif vasitələrdən istifadə edilməli, ilk növbədə kütləvi informasiya vasitələrində zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara qadağalar qoyulmalı, yerli və beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən tədbirlər görməli, tez-tez maarifləndirmə işləri aparılmalı, məktəblərdə psixoloqlar şagirdlərlə sıx təmasda olmalıdır.
Bəli, intihar bütün zamanlarda olub . Bizim toplumda da intihar yeni bir şey deyil. Hər zaman var olub və olacaq da. Artıq bu özünə qəsd halları silsilə xarakter alıb. İnsanların bir-birini təqlid etməsi hallarının artması intiharların artmasına səbəb olan amillərdən biridir. Artıq intaharların səbəbləri təkce məişət problemləri deyil. Həm də insanlar, xüsusiylə də yeniyetmələr sosial şəbəkələrin əsirnə çevrilib və hər kəs gördüklərini təqlid edir. Düşünürlər ki, intahar etsələr kütləvi informasiya vasitələrində onlar haqqında yazılar, sujetlər hazırlanacaq, sosial şəbəkələrdə onlardan danışılacaq. Bu fenomenlik sevgisi insanları ölümə doğru sürükləyir.
Artıq Antraktidada buzların əriməsi kimi qlobal problemdən daha böyük problemimiz var: - İNTİHAR! Bəli, bu yeddi hərf - bir söz can almağa davam edir və gün keçdikcə kütləvi xarakter alır. Ancaq hər zaman deyildiyi kimi, ölüm çıxış yolu deyil. Bütün hallarda yaşamaq gözəldir. Hər insanın problemi olur və problemi həll etmək üçün də hər kəsdə potensial güc var. Sadəcə, insanlar ondan istifadə etməlidir. Bunun üçün iradə və inam vacib şərtdir. Uca Allah insana ömrü bir dəfə verir, qədrini bilək, hər iki dünyamızı məhv etməyək. Problemsiz insan yoxdur. Əsas olan, insanın qaranlıqda öz yolunu özü tapmasıdır. Yolun sonunda həyat işığı həmişə var. Yeter ki, isığı tapmaq üçün addım ataq.

"İntihar və Səbəbləri"

  • 22-08-2019, 13:24
  • 257


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI