“Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı

“Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı“Bəzi informasiya portallarının Tovuz rayonunda qətlə yetirilən Firudin Ələkbərli barədə yazdıqları qətiyyən doğru deyil”.

Xeberdar.net-in məlumatına görə, bunu Ədalət Partiyasının sədri, ölkənin sabiq Baş prokuroru və Ədliyyə naziri İlyas İsmayılov bu gün Tovuzda qətlə yetirilən keçmiş məhkəmə sədri Firudin Ələkbərli barədə danışarkən deyib. O, “ovqat.com” saytına bu barədə açıqlama verib.

Azərbaycan Respublikasının ilk Ədliyyə naziri olan və 1992-1995-ci illərdə bu vəzifəni icra edən İlyas İsmayılov Firudin Ələkbərlinin niyə Tovuz Rayon Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırılmasına da aydınlıq gətirib:
“O, həmin vəzifəyə mənim təşəbbüsümlə təyin edilmişdi. Mən istefa verəndən sonra yerimə təyin olunan Südabə Həsənova sırf şəxsi qərəz zəminində Firudin bəyi işdən çıxartdı. Əsas məqsəd isə məhkəmə orqanlarını mənim kadrlarımdan təmizləmək idi. Başqa sözlə desək, Firudin Ələkbərlinin bir səhvi vardı – mənim kadrım olmağı”.
“Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı
Firudin Ələkbərlinin çox savadlı və ədalətli kadr olduğunu deyən İlyas İsmayılov onun heç bir zaman kimisə şantaj edəcək əxlaqda olmadığını, nahaqqı haqqa satmadığını, həmişə xalqı, milləti düşündüyünü bildirdi: “Ölkənin iri məmurlara bağlı mətbu orqanlarında Firudin Ələkbərlinin neqativ profilini yaratmaq cəhdlərini görür və buna hiddətlənirəm. Azərbaycan xalqının mentalitetində ölünün nüfuzu ilə oynamaq adət-ənənəsi olmayıb. Milli mentalitetimizə zorla bu mənfi xarakterləri sırıyanlar unutmasınlar ki, ölüm hər kəsin alnına yazılıb və heç bir ölü danışa bilmir. Yalan ittihamlar ölülərin ruhlarını və yaxınlarını narahat edir”.

Xeberdar.net

“Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı

  • 13-09-2019, 18:32
  • 42


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI