İqbal Ağazadə Azərbaycan Respublikasının Xarici İşlər nazirinə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə müraciət etdi

1 407 28-09-2019, 17:44 cemiyyet / gundem

İqbal Ağazadə Azərbaycan Respublikasının Xarici İşlər nazirinə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə müraciət etdi






















Müraciətdə Suriyada yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə, qadın və uşaqların ölkəyə qayıtmalarına yardım edilməsi xahiş olunur.

Müraciətdə qeyd olunur ki, Suriyada dini-ideloji zəmində baş verən döyüşlərdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan xeyli sayda vətəndaşlarımız iştirakçı olublar. Onların əksəriyyəti dini idelogiyalara fanatikcəsinə aludə olan və maddi təminata aldanaraq, ailələri ilə birlikdə ölkəni tərk edərək İŞİD bayrağı altında döyüşlərə qoşulublar. Çox təəssüf ki, bu tipli insanlar özlərinin qeyri-qanuni hərəkətlərinə ailələrini və azyaşlı uşaqlarını da alət edib, Azərbaycan vətəndaşı olan qadın və uşaqları qanlı savaşın içərisinə atıblar.

Suriyaya gedən bu ailələrin əksəriyyətinin ailə başçısı döyüşlərdə ölmüş və ya müxtəlif səbəblərdən öldürülmüşdür. Onların ailələri və azyaşlı uşaqları isə sahibsiz şəkildə çadırlarda və ya müvəqqəti sığınacaqlarda məskunlaşmışlar.

Müsəlman ölkələrinin əksəriyyətindən bu tipli insanlar Suriyada olsalar da, onların dövlətləri başsız qalmış ailələrə sahib çıxmış, öz vətəndaşlarının ölkələrinə qayıtması üçün əllərindən gələni edərək, həmin şəxsləri ölkələrinə qaytarmışlar. Belə ki, Özbəkistan, Qazaxıstan, Tacikistan xüsusi təyyarə reysi ilə vətəndaşlarını ölkələrinə gətirmiş, qanun qarşısında əməllərinə qiymət verməklə yanaşı qadın və uşaqları acınacaqlı və təhlükəli şəraitdə yaşamaqdan xilas etmişlər.

Müraciətin sonunda Suriyada yaşayan Azərbaycan vətəndaşlarına, xüsusilə, qadın və uşaqların ölkəyə qayıtmalarına yardım edilməsi xahiş olunur.

XƏBƏR LENTİ