MİLLİ MƏCLİSİN İCLASI BAŞLADI - Prezidentə müraciət müzakirə olunur (Yenilənir)

703 2-12-2019, 12:51 cemiyyet

MİLLİ MƏCLİSİN İCLASI BAŞLADI - Prezidentə müraciət müzakirə olunur (Yenilənir)Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin iclası başlayıb.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.

"AzPolitika" xəbər verir ki, Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün Redaksiya Heyəti yaradılıb. Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Redaksiya Heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.

***

Noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Hakim partiya YAP parlamentdə 69 deputatla təmsil olunur. Ötən günlərdə bitərəf deputatların da rəylərindən belə anlaşılır ki, parlamentin buraxılması qarşısında ciddi maneə olmayacaq.

Parlament buraxılarsa yaxın 3 ay ərzində yeni növbədənkənar seçkilər keçirilməlidir. Azərbaycan üçün yeni təcrübə olsa da, bir sıra demokratik ölkələrdə bu təcrübə geniş yayılıb.

***

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

XƏBƏR LENTİ