Ümid Partiyası bələdiyyə seçkilərilə bağlı ilkin bəyanatını yaydı

2 360 24-12-2019, 17:35 siyaset / gundem

Ümid Partiyası bələdiyyə seçkilərilə bağlı ilkin bəyanatını yaydı

23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında keçrilən bələdiyyə seçkilərinin nəticələrinə dair
Ümid Partiyası bəyanat yayıb. Bəyanatda deyilir:



"23 dekabr 2019-cu il tarixində keçrilən bələdiyyə seçkilərinin nəticələrinə dair rəsmi məlumatlarda qeyd olunur ki, seçici fəallığı 32,72 faiz olmuşdur. Bu seçkilər Azərbaycan Respublikasında indiyə qədər keçrilən seçkilər arasında ən az seçici qatılan seçki kimi tarixə düşəcəkdir. Azərbaycan seçicilərinin bu seçkilərdə aktiv iştirak etməməsinin obyektiv səbəbləri vardır. Təbii ki, əsas səbəb inamsızlıqdır!
23 dekabr seçkilərinə qatılan yeganə müxalifət partiyası olaraq, seçki kampaniyasının ilk mərhələsindən – namizədlərin irəli sürülməsi, imza toplanması, seçkiqabağı təşviqat kampaniyasının aparılması və nəhayət seçki günü, çoxsaylı qanun pozuntularının şahidi olduq.
Əvvəlki seçkilərdə olduğu kimi, yenə də seçki günü karusel əməliyyatları, seçki qutularına topa-topa bülletenlərin atılması, səslər sayılarkən ənənəvi səssayma üsullarından istifadə edərək öncədən hazırlanmış “qaliblərin” siyahısının elan olunması seçki komissiyalarına olan inam və etimadı daha da azaltdı. Son zamanlar hakimiyyətin iddia etdiyi dəyişiklik siyasətinin mahiyyətinə zidd olan bu seçki situasiyası və onun rəsmi olaraq açıqlanan nəticələri Ümid Partiyası olaraq bizdə böyük təəssüf hissi doğurur.
Hesab edirik ki, növbəti seçkilərdə analoji halların baş verməməsi üçün təxirəsalınmaz addımlar ataraq bələdiyyə seçkilərinin bu səviyyədə keçrilməsində məsuliyyəti olan şəxslərə və qurumlara qarşı ciddi ölçü götürülməlidir, qanunları pozan MSK, DSK və MnSK nümayəndələri qanun qarşısında cavab verməlidirlər.
Bələdiyyə seçkilərinin nəticələrinə görə bu gün ayrı-ayrı bələdiyyə subyektləri ərazisində əhalinin və namizədlərin qanun pozuntuları ilə bağlı iddiaları belə deməyə əsas verir ki, bu hallar növbədənkənar parlament seçkiləri zamanı da baş verəcək.
Ümid Partiyası hesab edir ki, 2019-cu il 23 dekabr tarixdə keçirilən seçkilərdə kütləvi qanun pozuntuları baş vermiş, namizədlərin hüquqları pozulmuş, vətəndaşların seçki hüququna müdaxilə edilərək bütövlükdə bu bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirməmişdir.

24 dekabr 2019-cu il"


Xeberdar.net

XƏBƏR LENTİ