Nərminin qatilini xüsusi itlər axtarır

1 606 9-01-2020, 12:26 cemiyyet

Nərminin qatilini xüsusi itlər axtarır“Nərminin öldürülməsini hamı qınayır. Mən bir ağsaqqal kimi bu hadisəni vandalizm adlandırıram”.

Bu sözləri “İctimai” kanalına açıqlamasında Dondar Quşçu kəndinin ağsaqqalı Yunis Abdıyev deyib. O bildirib ki, bu cinayətin üstü açılmalı, cinayətkar layiqli cəzasını almalıdır. Nərminin müəllimi Rəna Yusibova da şagirdi ilə bağlı danışıb. O bildirib ki, Nərmin çox tərbiyyəli, ağıllı uşaq olub: “Dərsinə vaxtaşırı davam edib. Sinifdə heç bir problemi olmayıb. Yaxşı uşaq olub”.

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib.

XƏBƏR LENTİ