NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR

NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLARAzərbaycanda məmurların və deputatların böyük biznes şəbəkələrinə malik olmaları yeni məsələ deyil. Bu mövzuda mətbuatda və sosial şəbəkələrdə çoxsaylı faktlara və iddialara rast gəlmək mümkündür.

“AzPolitika.info” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son sosial şəbəkə paylaşımında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə deputat Hüseynbala Mirələmovun ortaq biznesinin olduğunu iddia edib.

O, qeyd edib ki, nazirlə deputatın Panamada qeydiyyatdan keçən şərikli şirkətinin Bakıdakı filialına YAP-ın Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov nəzarət edir və bununla bağlı Vergilər Nazirliyinin rəsmi reyestrindəki qeydləri paylaşıb.
NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR
Jurnalist həmçinin, sözügedən şirkətin Panamada Əbülfəs Qarayevin adına qeydiyyatdan keçdiyini təsdiqləyən məlumatı paylaşımına əlavə edib.

Xatırladaq ki, 75 yaşlı Hüseynbala Mirələmov bundan öncə 3 çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçiriləcək seçkiyə də qatılan Mirələmov artıq 4-cü dəfə parlament üzvü olmağa hazırlaşır.

C.Həsənlinin nazirlə deputatın ortaq biznesilə bağlı paylaşımını təqdim edirik: “Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və Mədəniyyət naziri Əbülfəs Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.

Offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı Şəhəri Səbail Rayonu, Əhəd Yaqubov, ev 83-dür. Filialın qanuni təmsilçisi

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.
NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR
Mayıl Kərimov

Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.”

Xeberdar.net bu məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.
NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR
NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR

NAZİRLƏ DEPUTATIN ŞƏRİKLİ BİZNESİ... - Mirələmovla Qarayevi nə birləşdirir? + FOTOLAR

  • 21-01-2020, 10:05
  • 734


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Dövlətin ayırdığı pullar BNA rəhbərinin cibinə gedirmiş:Şirkətləri üzə çıxdı...-VİDEO
  2. 30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt
  3. MSK BU GÜN YENİDƏN TOPLANIR - Bu dairələr üzrə qərar veriləcək + SİYAHI (Yenilənir)
  4. Bir qadının dəyəri 7 manat – Azərbaycanda qadın qul bazarı – VİDEO
  5. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...
  6. “RUSİYA TÜRKİYƏNİN ƏLİNDƏKİ “KARTI” ZƏİFLƏTMƏK İSTƏYİR”- Sevil Nuriyevadan TƏHLİL
  7. Goranboyun icra başçısı haqqında şok ittiham:Şəhid ailəsinin torpağını əlindən alıb?-Video
  8. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  9. ABŞ-la İrəvan arasında Qarabağı yazışması ... – Sensasiyalı sənədlər
  10. Xətai rayonunda bu ərazi də satıldı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI