Hadı Rəcəbli, Rauf Arifoğlu, Çingiz Qənizadə üçün PİS XƏBƏR!

1 263 16-02-2020, 08:30 cemiyyet

Hadı Rəcəbli, Rauf Arifoğlu, Çingiz Qənizadə üçün PİS XƏBƏR!“Nəticələri ləğv olunan seçki dairələrində Seçki Məcəlləsinə əsasən əvəzlənmə ola bilməz. Prezidentin sərəncamı ilə əlavə seçki keçiriləcək. Seçkinin vaxtı sərəncamdan asılıdır”.

Xeberdarşnet məlumat verir ki, bu fikirləri redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. O bildirib ki, məğlub olan şəxs seçkidə təkrar iştirak edə bilməz:

“Yəni, elan olunmuşdu ki, kim qalibdir, nəticə ləğv olunduğuna görə yenidən iştirak edə bilməz. Müsahibələrdə bir çoxları, hətta hüquqşünaslar da cəmiyyətə səhv informasiya verirlər ki, orda hamı iştirak edə bilər. Seçki Məcəlləsində əlavə seçkilər haqqında xüsusi maddə var. Həmin maddədə yazılır ki, nəticəsi ləğv olunan qalib şəxs təkrar seçkilərdə eyni dairədən iştirak edə bilməz”.

Digər dairələrdə də ləğv olunmaların baş verə biləcəyini deyən Məhərrəm Zülfüqarlı bildirib ki, nəticəsi ləğv olunan 4 dairədən başqa, daha 18 dairədən şikayətlər araşdırılır:

XƏBƏR LENTİ