“Biz bir-birinin ətini didən cəmiyyət yaratdıq” - Brilliant

920 27-02-2020, 12:24 sou

“Biz bir-birinin ətini didən cəmiyyət yaratdıq” - Brilliant
















“Bu, Ədalət müəllimlə (Ədalət Hacıyev - red.) toy şəklimizdir. Ortada Bakıda böyümüş, Qarabağı heç görməmiş və könüllü olaraq müharibəyə gedib Ağdamda şəhid olan xalamız oğlu Elçindir. Arxada dayanan qadın da başqa bir qohumumuzdur. Onun oğlu Azər də Naxçıvanda şəhid olmuşdu”.

“Xeberdar.net” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqram səhifəsində yazıb. Məşhur müğənni toy fotosunu yayaraq Xocalı soyqrımı zamanı qohumlarının şəhid olduğunu bildirib:

“İndi şəhidlərimizə baxıb düşünək.. Onlar şirin canlarını qurban verdilər və biz bugünkü cəmiyyəti yaratdıq. Müğənnisini, mədəni irsini, həmvətənlərini təhqir edən, bir-birinə qənim kəsilib ətini didən, bir-birinə şər-böhtan atan, ayağının altını qazan bir cəmiyyət olduq – azad, müstəqil... Bu müstəqilliyi, söz azadlığını sui-istismar edən bir cəmiyyət yaratdıq. Yavaş-yavaş mənəvi dəyərlərini yox etməyə çalışan insanların cəmiyyətinə çevrilirik. Ruhları şad olsun...”.

XƏBƏR LENTİ