BMT-dən İdlibdə atəşkəslə bağlı ilk açıqlama

613 6-03-2020, 12:52 cemiyyet

BMT-dən İdlibdə atəşkəslə bağlı ilk açıqlama
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş tərəflərin İdlibdə əldə etdiyi atəşkəs razılaşmasına əməl edəcəklərinə ümid etdiyini bildirib.

“Xeberdar.net”məlumat verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik açıqlama verib.

“Baş katib bu razılaşma sayəsində əziyyət çəkən mülki şəxslərin qorunacağına və düşmənçiliyin dərhal və qalıcı olaraq bitəcəyinə ümid edir”, - deyə Düjarrik qeyd edib.

Xatırladaq ki, 5 mart Moskvada keçirilən danışıqlar nəticəsində Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan İdlibdə atəşkəs barədə razılığa gəliblər.

XƏBƏR LENTİ