“Lider” TV ilə bağlı açıqlama- YENİLƏNİB

1 897 11-03-2020, 14:41 medeniyyet

“Lider” TV ilə bağlı açıqlama- YENİLƏNİBLider” TV-nin yayımını dayandırma səbəbi açıqlandı.

“Lider TV & Radio Azerbaijan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib.

MTRŞ-nın yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xuduzadə Unikal.org-a açıqlamasında “Lider” TV-nin yayımının dayandırılması ilə bağlı xəbəri təkzib edib:

“Televiziya və radioda kompleks profilaktika tədbirləri keçirilir. Bu gün saat 16:00-dan sonra kanal öz fəaliyyətini bərpa edəcək”.
Qeyd edək ki, "Lider" telekanalının yayımı dayandırılıb. Yayım ötən axşamdan dayandırılıb. Belə ki, saat 22:01-də "Gecənin sehri" adlı veriliş başlayandan sonra efir yarıda kəsilib.

XƏBƏR LENTİ