Qobustanda kişi qardaşı arvadını öldürdü

1 212 28-03-2020, 23:44 bolge / kriminal

Qobustanda kişi qardaşı arvadını öldürdüLaləzər Kərimli münaqişə zəminində öldürülüb
Qobustanda kişi qardaşı arvadını öldürdü

Qobustan qəsəbəsində yaşayan qardaşının arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

XƏBƏR LENTİ