Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQ

649 1-04-2020, 13:49 cemiyyet

Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQAprelin 4-dək ölkə ərazisində hava kəskin dəyişir

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı istisna olunmur.

Xeberdar.net

XƏBƏR LENTİ