“SİYASƏTİN DOSTU”, “ELMİN DÜŞMƏNİ” SAYILAN COVİD-19:siyasət və elmi üz-üzə qoyan acı reallıq - TƏHLİL

629 8-04-2020, 09:17 cemiyyet

“SİYASƏTİN DOSTU”, “ELMİN DÜŞMƏNİ” SAYILAN COVİD-19:siyasət və elmi üz-üzə qoyan acı reallıq - TƏHLİLEmre Kongar

“Cumhuriyet”, Türkiyə, 07 aprel 2020-ci il



Elm, COVİD-19-un düşmənidir – onu məhv etməyə çalışır. Siyasət isə ona laqeyd qalır, bəzən isə ondan istifadə edir.

Məsələn, pandemiyanın ciddiliyi və ölkənin buna hazır olmamağı anlaşıldıqda, panika və fəlakət xəbərləri tirajlayan ABŞ Prezidenti Donald Trampın 28 fevral tarixində Cənubi Karolinadakı çıxışında bu, açıqca görsənir.

Bu mövzuda ABŞ mediasında yayılan xəbərdə deyilir:“Prezident Tramp cümə axşamı Cənubi Karolina ştatındakı bir mitinqdə demokratların koronavirusu onu zəiflətmək, gücdən salmaq üçün istifadə etdiyini bəyanladı və bunu onların gülünc yalanı (hoax) olaraq səciyyələndirdi. O, gülünc yalan olaraq pandemiyanı nəzərdə tutmurdu, amma müxaliflərinin bu vəziyyəti onu pis göstərmək məqsədilə “siyasiləşdirdiyini” demək istəyirdi. Tramp uzun müddətdir ki, bəyənmədiyi mövzuları gülünc yalan, yəni, “hoax” olaraq qiymətləndirir. Bu termin vaxtilə Rusiya ilə münasibətlər mövzusunda başladılan istintaq zamanı da həmin məsələni küçümsəmək məqsədiylə istifadə olunmuşdu”.

Təəssüf ki, siyasətçilər qədər onların davamçısı sayılan mülki və hərbi bürokratiya mənsubları da eyni səhvlərə yol verirlər – bir neçə gün öncə yayımlanan bir xəbərə görə, gəmisində koronavirus infeksiyası olduğu üçün “müharibədə deyilik, heç kimin ölməyinə ehtiyac yoxdur” deyərək, dənizçilərin müalicə almağını istəyən Teodor Ruzvelt və pilot Bret E. Krozer də öz vəzifələrindən uzaqlaşdırılıblar. Pilot barədə sonradan yayımlanan bir xəbərdə onun infeksiya testinin “müsbət” olduğu açıqlanıb.

İtaliya və İspaniyanın COVİD-19 infeksiyasından ən çox əziyyət çəkən ölkələrin önündə gəlməsinə, hətta İngiltərə Baş nazirinin xəstəxanaya aparılmasına yol açan ehtimalların və ABŞ-dakı panikanın səbəbi siyasətin koronavirusa qarşı laqeydliyi və ondan utanmazca istifadə edilməsidir.

Çünki siyasət, siyasətin başımıza gətirdiyi idarəçilər kapitalizmin, yəni yeni sərmayənin əmrindədirlər. Kütlənin sağlamlığını düşünmək və bu mövzuda sosial xidmətlərə hazır olmaq yerinə, sərmayənin çıxarlarını müdafiə etmək üçün nə insanlığın sağlığı düşünüldü, nə də dünyanın iqlim böhranı nəzərə alındı.

Məsələnin ürəkdağlayan tərəfi isə budur ki, bir sıra “elm şuralar” “ehtiyat çatışmazlığı” və ya “ortaya çıxacaq xaosun qarşısını ala bilmək” üçün, kimisi də iqtidara yaltaqlanmaq məqsədilə test və maska paylanması qarşılığında küçəyə çıxma qadağasını dəstəkləyənlərə qarşı açıq hücuma keçmişdilər.

Əlbəttə ki, virusun gətirdiyi gerçəklər bütün bu mənfilikləri üzə çıxardı – sadəcə üzə çıxarmadı, həm də millətlərə ağır sınaqlar yaşatdı: həmin mütəxəssislər də hissə-hissə elan edilən qərarları açıqlayan idarəçilər qarşısında maska istifadəsini, xəstəlik testlərinə başlanılması və küçəyə çıxma qadağasını yenidən gündəmə gətirdilər.

Təbii ki, Türkiyə də dünyada baş verən bu xəstəlikdən sığoralanmayıb. Üstəlik, xəstəliyin ölkəmizdə yayılma sürəti ABŞ-la eynidir. Ancaq ölkəmiz səhiyyə xidmətləri baxımından ABŞ-dan daha yaxşı vəziyyətdədir. Bütün problem siyasətçilərin və elm dünyasının bu xəstəlik barəsindəki qəti qərarlarını eyni anda qəbul etməmələridir. Lap başından Ümrə ziyarətləri və digər xarici səfərlərə qadağa qoyulsa, gələnlər tez bir halda karantinə alınsaydı, maska taxma məcburiyyəti və küçəyə çıxma qadağası vaxtında elan edilsəydi, nəticə bundan çox daha yaxşı olardı.

Əlbəttə, buna görə təqaüdçülərin, ticarət işçilərinin, təsərrüfatçıların iqtisadi, maliyyə problemləri nəzərə alınmalı və bunun üçün xüsusi maliyyə mənbələri ayrılmalıdır.

“Kanal İstanbul” kimi bahalı layihələri, yolları, hava limanlarını, xəstəxanaların tikintisini Dövlət Xəzinədarlığı ilə uyğunlaşdırıb, təxirə də salmaq olar. Beləliklə, ən azından, önümüzdəki bir il müddətinə iqtisadiyyata tam dövlət dəstəyi vermək olar.

İstər səhiyyə, istərsə də iqtisadiyyat – maliyyə tədbirlərinin həyata keçirilməsində kifayət qədər gecikmələr olub, amma yenə də heç bir zaman gec deyil. Bir an öncə onsuz da təhlükəsizlik zəmanəti verilmiş “Demokratiya və dünyəvi-sosial hüquq dövlət” inancı müxalifəti kənarlaşdırmadan, vətəndaşlar arasında ayrı-seçkilik salmadan tətbiq edilməlidir.

Doğru bir qərarla qəbul edilən Elmi Şuranın tövsiyələri isə dərhal yerinə yetirilməlidir.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ