Çindən Suriyaya yardım - 2 balaca qutu

679 17-04-2020, 08:47 dunya

Çindən Suriyaya yardım - 2 balaca qutu
Qutularda testlər olub

Koronavirusun mənbəyi olan Çin virusla mübarizədə qalib gəldiyi üçün dünya ölkələrinə yardıma başlayıb. Yardım alan ölkələrdən biri də Suriya olub. Lakin yardımın miqdarı görənləri sözün əsl mənasında təəccübləndirib.

Adətən yardım göndərişləri üçün iri yükdaşıyan təyyarələrdən və böyük həcmli bağlamalardan istifadə edilir. Bu dəfə isə vəziyyət tam fərqli olub. Belə ki, Çin Bəşər Əsəd rejimi üçün cəmi 2 balaca qutu göndərib.

Qutular Şam hava limanında təyyarədən endirildikdən sonra virus təhlükəsinə görə dezinfeksiya ediliblər. Açıqlama verən Çinin bu ölkədəki səfiri Fenq Biao bunun ilk kömək olduğunu və yardımın davam edəcəyini deyib. Çindən göndərilən qutularda 2016 ədəd koronavirus testi olub.

Xatırladaq ki, Suriyada bu ana qədər 33 COVİD-19-a yoluxma faktı qeydə alınıb. 2 nəfər ölüb

Xeberdar.net

XƏBƏR LENTİ