Şəmkirdə gənc ər arvadının başını kəsdi

809 19-04-2020, 13:59 hadise / bolge / kriminal

Şəmkirdə gənc ər arvadının başını kəsdi
Hadisə Posanlı qəsəbəsində qeydə alınıb

Şəmkir şəhərində 29 yaşlı kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

Xeberdar.net-in məlumatına görə, hadisə Posanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nailə Allahyar qızı Məmmədova ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mübariz Bayram oğlu Məmmədov tərəfindən qətlə yetirilib.

Məlumata görə, qadının boğazı bıçaqla kəsilib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ