Azərbaycanda bayram namazı qılınacaq?

555 20-04-2020, 16:02 cemiyyet

Azərbaycanda bayram namazı qılınacaq?
QMİ Ramazan ayında fitrə zəkatının da miqdarını açıqladı

"Bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək bayram namazı ilə bağlı əlavə məlumat veriləcək". Bu barədə məlumat Ramazan ayının başlaması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının fətvasında əks edilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayının başlanması ilə bağlı mübarək ayın gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Təqvimlərin kağız formatında yayılmasının hazırki dövrdə çətinliyini nəzərə alaraq, bu cədvəl qurumun saytında (www.qafqazislam.com) yerləşdirilib. "Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur".

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Xatırladaq ki, bu il ölkə ərazisində Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

XƏBƏR LENTİ