Hərbi qulluqçulara ərzaq verilməsi davam edir - VİDEO

Hərbi qulluqçulara ərzaq verilməsi davam edir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun şəxsi heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, o cümlədən ərzaq təminatının gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Xeberdar.net mod.gov.az'a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun ərzaq təminatı Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normalar üzrə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və digər kontingentə ərzaq payı dövlət hesabına verilir. Hərbi hissələrdə şəxsi heyətin keyfiyyətli qidalanması, bişirilən yeməklərin çeşidinin artırılması ilə yanaşı xüsusilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan növbəti addımlardan biri də Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara pul əvəzinə ərzaq məhsullarının verilməsidir.
Ərzaq payı səbətinə müxtəlif çeşiddə və yüksək kaloridə qida məhsulları daxildir. Buraya mal əti, toyuq əti, ət və balıq konservləri, müxtəlif növ okean və dəniz balıqları, birinci növ buğda unu, müxtəlif yarmalar (qarabaşaq, düyü, bulqur), makaron, kərə və bitki yağı, təbii və qatılaşdırılmış süd, pendir, yumurta, kartof, soğan, şəkər tozu, cem, xörək duzu, çay, istiot, hazır xardal, quru göyərti, təbii meyvələr və meyvə quruları (ərik, kişmiş), sirkə, tomat pastası, eləcə də vitaminlər daxildir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında ərzaq məsullarının müayinəsi aparılır, ərzağın tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir
.

Hərbi qulluqçulara ərzaq verilməsi davam edir - VİDEO

  • 20-04-2020, 17:45
  • 302


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  4. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  5. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  6. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  7. Sabah güclü külək əsəcək
  8. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  9. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  10. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI