Şimalın su problemi - Xaçmaz-VIDEO

1 007 21-04-2020, 14:17 bolge / video



Neçə müddətdir ki, heç kəsin vecinə olmasa da, torpağı olduğuna görə, hökümətin bir sıra sosial yardımlarından məhrum olan kəndli babalarımızın susuzluqdan əziyyət çəkdiyini haray salmışıq.
Suvarma üçün ən vacib bir dövr sayılan belə bir vaxtda şimal kəndləri, xüsusən də Xaçmaz rayonunun kənd əhalisi susuzluqdan əziyyət çəkir.
Məlumdur ki, Xaçmazda əvvəllər 15 Sudan İstifadə edənlər birliyi vardı və sonradan bu say dırnaqarası inkişaf hekayələrinə görə 13-ə düşdü.
Maraqlıdır ki, bu Sudan İstifadə Edənlər Birliyindən təxminən 7-8-i Samur-Abşeron kanalından, yerdə qalanları isə Xan arxı kimi adlanan su kanalından istifadə edə bilir.
Problem burdadır ki, hazırda Samur Abşeron kanlından Xan Arxına ayrılan suyun miqdarı, əslində heç 4 nəfərə öz işini görmək üçün kifayət etməsə də, kağız-kuğuz üzərində 4 rayonu su ilə təmin edir. Bu da maraqlıdır ki, hər iki su kanalından və su arxından kəndlilərə su verilmir.
Halbuki bunu planlı şəkildə hazırda Ceyranbatan və Taxtakörpü su anbarlarına gedən Samur Abşeron kanalından müəyyən bir normada su ayıraraq, kəndlilərin problemlərini həll etmək mümkündür.
Hal-hazırkı vəziyyətə görə, kəndlərdə əkin sahələri və bağlar, o cümlədən yeni salınmış bağlar susuzluqdan məhv olmaq üzrədir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq Səhmdar cəmiyyətinin və onun yerli nümayəndələrinin vecinə olmasa da, rayonda olduqca acınacaqlı bir durum var.
Onu da qeyd edim ki, şimalda təkcə bu ilin rəsmi göstəricilərinə görə, 23005 (iyirmi üç min ) hektar meyvə bağı əkilib.
Həmçinin 23748 (iyirmi üç min yeddi yüz qırx səkkiz) hektara qədər payızlıq dənlilər, buğda, arpa və sairə əkilib.
Hər il 4000 (dörd min) hektara kimi tərəvəz əkilir və hazırki dövrə qədər artıq 1045 (min qırx beş) hektar tərəvəz əkilib.
Beləliklə də, gördüyümüz kimi, bir-iki nəfərin öz işinə məsuliyyətsiz yanaşması və ona göstərilən etimadı doğrultmamasının ucbatından bütün bir rayon və hətta region əziyyət çəkməkdədir.
Bu əziyyətlərin dırnaqarası bəhrəsi isə məhsul qıtlığı, ciddi sosial böhran deməkdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin başının nəyə və niyə qarışdığını isə, susuzluqdan məcbur olub araşdırdığımız növbəti videolarımızda görəcəksiniz...


Xeberdar.net

XƏBƏR LENTİ