DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO

DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO
İnsan orqanizmi üçün zəhərli, sənayedə istifadə olunan spirtdən antiseptik məhlul hazırlayaraq apteklərdə satışını təşkil edən şəxslər tutulublar

Xeberdar.net xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə «Tibbi spirt 95%» sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.
Polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO
DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO
DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO
DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO
DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO
DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO



Xeberdar.net

DİN əməliyyat keçirdi - Saxta spirt istehsal edənlər saxlanıldı - FOTOLAR, VİDEO

  • 21-04-2020, 21:06
  • 467


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  4. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  5. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  6. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  7. Sabah güclü külək əsəcək
  8. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  9. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  10. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI